“Uşaqları həvəsləndirən və ya ruhdan salan ifadələr-nitq etiketləri” mövzusunda vebinar keçirildi

0

Binəqədi Gənclər Evi / Binagadi Youth House-dan olan iştirakçılar tərəfindən həyata keçirilən “Gələcəyin Günəşi” adlı sosial təşəbbüsün məqsədi müəllim-valideyn-şagird münasibətlərinin düzgün tənzimlənməsinə dəstək olmaqdır.

15 sentyabr 2020-ci il tarixində Narınc Psixologiya Mərkəzinin 9.cu mikrorayon filialının icraçı direktoru, baş uşaq psixoloqu Tünzalə Aslanova və Səidə Aslanovanın moderatorluğu ilə “Uşaqları həvəsləndirən və ya ruhdan salan ifadələr – nitq etiketləri” mövzusunda vebinar həyata keçirilib. Vebinarda 60-a yaxın insan iştirak etmişdir.

Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
Vulqar ifadələr nədir?
Jarqon ifadələrin insana təsiri
Uşaqlara müsbət və mənfi təsir edə biləcək ifadələr hansılardır?

Həmçinin, müzakirə zamanı iştirakçıları maraqlandıran suallar psixoloq tərəfindən cavablandırılıb.

Bu təşəbbüs UNİCEF – in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan ” Yarat, İnkişaf et, Töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.

WhatsApp Image 2020-09-16 at 10.13.13.jpegWhatsApp Image 2020-09-16 at 10.13.14 (1).jpegWhatsApp Image 2020-09-16 at 10.13.14.jpegWhatsApp Image 2020-09-16 at 10.13.15 (1).jpegWhatsApp Image 2020-09-16 at 10.13.14 (1).jpeg