Bakı-Pirşağı və Bakı-Sumqayıt qatarlarında sorğu

0

Bakı şəhəri ətrafı dəmiryol nəqliyyat xidmətlərinin keyfiyyətinin ölçülməsi istiqamətində tədbirlərin təşkili layihəsi çərçivəsində sorğu həyata keçirilir. Sorğu Bakı-Pirşağı və Bakı-Sumqayıt istiqamətləri üzrə hərəkət edən qatarlarda, dəmiryol stansiyalarında və online qaydada təşkil olunur. Peşəkar sorğu ilə dəmiryol nəqliyyatından istifadə edən vətəndaşların məmnuniyyət səviyyəsini ölçərək sorğunun nəticələrinə uyğun Azərbaycan Dəmir Yollar QSC üçün təkliflər planının hazırlanması planlaşdırılır.

Qeyd edək ki, adı çəkilən sorğu Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sosial Tədqiqatlar Mərkəzi ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən həyata keçirilir.