Virtual tədrisə məktəbli rəyinin öyrənilməsi layihəsi həyata keçirilir

0

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sosial Tədqiqatlar Mərkəzi ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən Virtual tədrisə məktəbli rəyinin öyrənilməsi layihəsi həyata keçirilir. Layihə şagirdlərin onlayn tədrisə münasibətinin öyrənilməsi və onlayn tədrislə bağlı məktəblilərin psixoloji xüsusiyyətlərinin tədqiqi ilə pedaqoqlar üçün kitabçanın hazırlanması məqsədi ilə təşkil edilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihə Respublika məktəblərini əhatə edir.