Sosial sahibkarların beynəlxalq forumu (onlayn / ödənişsiz)

0
28 oktyabr 2020-ci ildə Azərbaycan ilk dəfə onlayn keçiriləcək “Sosial sahibkarların beynəlxalq forumu”na ev sahibliyi edəcək. Forumun məqsədi dünya ölkələrində sosial inkişaf üçün sosial sahibkarlığın innovativ vasitə olduğunu çatdırmaq, eləcə də beynəlxalq təcrübənin öyrənilməsidir.
Onlayn forum zamanı iştirakçılar Azərbaycan dövlət qurumları ilə yanaşı ABŞ, Azərbaycan, Almaniya, Bosniya-Herseqovina, Gürcüstan və s. ölkələrin maraql təcrübələri ilə tanış olacaq və həmin ölkələrdən olan sosial sahibkarların uğur hekayələrini eşidəcəklər. Eyni zamanda davamli inkişaf üçün sektorlararası əməkdaşlıq imkanlarına diqqət yetiriləcəkdir.
Bundan əlavə forum iştirakçıları Sosial Sahibkarlıq sahəsində qanunvericilik bazasının yaradılması və bu sahədə digər ölkələrin təcrübələrini öyrənmək imkanı əldə edəcəklər. Tədbir gənclər arasında sosial dəyər və sosial sahibkarlığa dair düşüncə tərzinin formalaşmasına, onların öz sosial bizneslərinin yaradılmasına və yeni innovativ həllərin tətbiqinə dəstək verəcəkdir.
Forum təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan Education HUB (Azərbaycan) şirkəti tərəfindən təşkil olunur. Forumun texniki dəstəkçisi Avropa İttifaqının Mülki Təsisat proqramıdır.
❗️Tarix: 28 Oktyabr 2020
🕐Saat: 11.00
📍Forumda iştirak üçün son qeydiyyat tarixi 25 Oktyabr (GMT+4), 2020.
🔗Qeydiyyat üçün link – https://forms.gle/bpGHL22fCjUuPHQ68