Kapital Bankda yeni vakansiya: KOS satışlar şöbəsi üzrə mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

0

Kiçik və orta sahibkarlarla iş departamentinin KOS satışlar şöbəsi üzrə mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Kiçik və orta sahibkarlarla iş departamentinin KOS satışlar şöbəsi üzrə mütəxəssisi, aparıcı mütəxəssisi və baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

 

  • Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
  • Bankın SME seqmentinə aid olan müştərilərdən bank xidmətləri (Kredit və əməliyyat) üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
  • Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
  • SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
  • Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
  • Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
  • Görülmüş işlər üzrə hesabatlar vermək.

 

Tələblər

 

  • Ali iqtisadi təhsil;
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
  • Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi.

 

 

CV-lərinizi, mövzu hissəsində “ KOS satışlar ” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.