“Şəhid və Qazi övladlarının təhsilinə dəstək”: 3 aylıq pulsuz kurs!

0
55

Əziz uşaqlar!
Sizləri “Bizimlə Addımla İctimai Birliyinin” növbəti layihəsi olan “Şəhid və Qazi övladlarının təhsilinə dəstək” adlı müxtəlif fənlər üzrə 3 aylıq dərslərə qatılmağa dəvət edirik. Tədris ediləcək fənlərə daxildir:Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, İngilis dili, Alman dili, Rus dili, Biologiya, Kimya, Fizika və Rəsm. 3 ay ərzində 10-15 yaşlı uşaqlar üçün nəzərdə tutulan fənlər üzrə həftədə 2 dəfə 1 saat olmaqla dərslər keçiriləcək. Dərslər müəllimlik ixtisasında təhsil alan tələbələr tərəfindən tədris olunacaq. Dərs saatları müəllimlərin və şagirdlərin vaxtlarına uyğun olaraq təşkil ediləcək.

Qeyd:
▪️Layihədə iştirak tamamilə ödənişsizdir.
▪️Dərslər “Zoom” proqramı vasitəsi ilə keçiriləcək.

Qeydiyyat:
https://forms.gle/55wHQjvyqitkCGKw6
Əlaqə nömrəsi:
+994 50 513 79 50

🗓 Dərslərin başlama tarixi: 1 dekabr
⏰ Dərs saatı:Həftədə 2 dəfə 1 saat

Layihə ilə bağlı hər hansı sualınız yarandıqda aşağıdakı vasitələr ilə əlaqə yarada bilərsiniz.
Telefon: +994 50 513 79 50
Müraciət üçün son tarix: 30 noyabr