“CAN AZƏRBAYCAN” Respublika Yaradıcılıq Müsabiqəsi – Mükafat fondu 850 AZN

0
52

 “CAN AZƏRBAYCAN” Respublika Yaradıcılıq Müsabiqəsi elan olunur.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, IWS Globe Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi IWS Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmiz münasibəti ilə qrafika və akvarel ustaları arasında “CAN AZƏRBAYCAN” Respublika Yaradıcılıq Müsabiqəsi elan olunur.

Tədbir akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə həyata keçirilir. Qrafika və akvarel texnikası ilə çalışan rəssamların iştirakı xahiş olunur.  Həmçinin, mükafat almadan tədbirə dəstək məqsədilə əsər təqdim etmək olar. Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilər.

  • Mövzu: Azərbaycan.
  • Ölçü sərbəstdir.
  • Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır.
  • İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin əsas seçimlərdə sərgidə yalnız bir əsər nümayiş olunacaq.

Sərgidə iştirak ödənişsizdir. Əsərləri facebookda Bakı Xətai Sənət Mərkəzi (https://www.facebook.com/groups/144172178999749/?ref=share) qrupunda müəllifin Adı,Soyadı, əsərin adı, texnika və ölçüsü, iştirakçının e-mail ünvanı qeyd etməklə 2021-ci ilin mart ayının 5-dək onlayn qaydada yerləşdirməyiniz xahiş olunur.

İlk seçim onlayn qaydada aparılacaq.

Seçilmiş əsərlərin müəllifləri sərgidə iştrak etmək üçün üçün dəvət ediləcəkdir.

Qalib olmuş müəlliflərin əsərləri Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaqdır.

Mükafat fondu

  • I yer – 500 manat – 1 yer
  • II yer – 250 manat –    2 yer
  • III yer – 100 manat – 3 yer
  • Həvəsləndirici mükafat 5 yer – akvarel dəsti

 

Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur.

Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif ediləcəklər.

Sərgi – müsabiqə  Xətai  Sənət  Mərkəzində  keçiriləcək.

 

Qeyd: Tədbir “COVİD-19” pandemiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn keçiriləcəkdir.

 

Ətraflı: Azərbaycan Dövlət Rəsm Qalereyası  www.azgallery.az ( http://azgallery.az/az/announce/148 )

Xətai Sənət Mərkəzi  www.xsm.az ( https://xsm.az/site/tedbirler/ )