2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı

0
229

Macarıstan 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.

Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2021-ci il saat 23:59-a kimi aparılacaq.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

============================

Ümumi məlumat
Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan
Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə
İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan Respublikasının
vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil
almaq imkanı yaradır.
Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün
aşağıdakı çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulmuşdur:
– tam bakalavriat və magistratura təhsil proqramları üzrə
 kənd təsərrüfatı, su idarəetməsi – 10 təqaüd;
 təbiət elmləri, davamlı inkişaf – 20 təqaüd,
 turizm – 10 təqaüd;
 səhiyyə elmləri – 5 təqaüd;
 beynəlxalq münasibətlər – 5 yer;
 mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 75 təqaüd;
 iqtisadiyyat, biznes və idarəetmə elmləri – 50 təqaüd.
– doktorantura təhsili üzrə
 istənilən maraq dairəsi üzrə – 25 təqaüd.
İxtisaslara dair ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz.
Qeyd: Macarıstan tərəfinin elektron ərizə sistemində müqavilədə göstərilən
ixtisas istiqamətlərinə uyğun olmayan ixtisaslar (beynəlxalq münasibətlər, hüquq,
memarlıq və s.) olduğunu nəzərə alaraq bildiririk ki, müsahibə mərhələsində iştirak
hüququnu ancaq İş proqramında qeyd edilən (yuxarıda verilmiş) ixtisas istiqamətləri
üzrə müraciət edən iddiaçılar əldə edə biləcəklər.

 

Maliyyələşmə
Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
Macarıstan tərəfindən:
– ödənişsiz təhsil;
– universitet yataqxanasında yaşayış;
– tibbi sığorta;
– aylıq təqaüd
Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd ümumi olaraq aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
– Bakalavriat və magistratura proqramları üçün: aylıq 43,700 Macarıstan forinti
– Doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya
dövründə isə aylıq 180.000 Macarıstan forinti.
Diqqət!: Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.
Macar dilində ali təhsilə başlamazdan əvvəl tələbələr bir illik hazırlıq kursu keçməlidirlər.
İngilis dilində proqramlar üçün müraciət edən tələbələr ev sahibi təhsil müəssisəsi və
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş səviyyədə müvafiq
ingilis dili biliyinə malik olmalıdırlar.

 

Müraciət forması və tarixlər:
1. Təqaüd proqramına müraciət üçün son tarix: 15.01.2021/23:59;
2. Təqaüd proqramına müraciət edəcək iddiaçılar hər iki ölkənin müvafiq elektron
ərizə sisteminə müraciət etməlidir:
1-ci Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir:
https://apply.stipendiumhungaricum.hu/
2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət
edilməlidir (15.01.2021/23:59-dək): https://app.htp.edu.az/
3. Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət
etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla
fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar;
4. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt vasitəsilə
bildiriləcəkdir;
5. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə
buraxılmayacaqdır;
6. Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə
audio-video çəkiliş aparılır;
7. Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur;
8. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Macarıstan
tərəfinə (TPF) təqdim ediləcəkdir;
9. Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Macarıstan tərəfinə göndərilmiş
namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə seçim
sıralamasına uyğun olaraq (1,2) göndəriləcəkdir;
*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili
qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola
bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır.
10.Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun
qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir;
Qeyd: 2021/22-ci tədris ili üzrə təqaüd qazanmış şəxslər fors-major (xüsusi və
gözlənilməz) hallar istisna olmaqla, Təhsil Nazirliyi və Tempus Fondunun razılığı
olmadan, təhsillərini növbəti semestrə və ya akademik ilə təxirə sala bilməzlər.

 

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar
Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə
mərhələsində iştirak hüququ əldə edəcəklər:
1. Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil
haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 2 ixtisasa uyğun
olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12
yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi
ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin
magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən
müəyyən olunur);
2. İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;
3. Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali
təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test
imtahanları çərçivəsində texniki sahələr üzrə yekun olaraq ən azı 400, digər sahələr
üzrə ən azı 500 bal toplamalıdırlar;
4. Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarında iştirak etməyən iddiaçıların attestat və
ya orta ixtisas diplomu üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 5 ballıq
sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 71 baldan aşağı olmamalıdır;
5. DİM imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən
beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT,
qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək
göstəricinin 65%-indən az olmamalıdır;
6. Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura
səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış
olmalıdır;
7. Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların
əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı
olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari
ÜOMG də 100 ballıq sistem üzrə 69 baldan aşağı olmamalıdır.
8. Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil
səviyyəsi üzrə IELTS sertifikat balı minimum 6.0 (hər bir alt kateqoriya 5.5-dən aşağı
olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə 6.5 (hər bir alt kateqoriya 5.5-dən aşağı olmamaqla) və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil
etməlidir;
9. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə
əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri
qəbul edilməyəcəkdir;
10.“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən
(…dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə
uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir),
Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və
hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə
yenidən müraciət edə bilməzlə

 

Tələb olunan sənədlər:
1. Macarıstan təqaüd proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron
ərizələrinin (təsdiqlənmiş) surətləri (müsahibə mərhələsi üçün).
2. Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV (namizədin şəkli
əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi dildə və ya ingilis dilində
hazırlanmalı);
3. Təhsil alacağınız ixtisas və Macarıstanda təhsillə bağlı məqsəd və gözləntiləriniz
barədə minimum 1 səhifədən ibarət qısa xülasə (Times New Roman 12 şrifti ilə ingilis
və ya macar dilində yazılmış);
4. Xarici dil sertifikatı;
5. Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada tərcümə və təsdiq
olunmuş)
a. bakalavriat təhsil səviyyəsi üçün: orta təhsili bitirmə haqqında sənəd (attestat);
b. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu və transkript;
c. doktorantura təhsil səviyyəsi üçün: bakalavriat və magistratura diplomu və
transkriptlər;
Qeyd: I-II təhsil illərində təhsil alan şəxslər təhsil aldıqlarına dair müvafiq arayış və
transkript təqdim etməlidirlər.
QEYD: Sadalanmış ali təhsil sənədlərindən hər hansısa birini (bakalavr və ya magistr
diplomu) namizəd xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin sənədin
Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd təqdim
etməlidir.
6. QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış
(ingilis və ya macar dilində təqdim olunmuş və ya notarial qaydada tərcümə təsdiq
olunmuş) Qeyd: 15 Noyabr 2020-ci il tarixindən sonra alınan arayışlar;
7. Şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun surəti;
8. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
9. İki ədəd tövsiyə məktubu;

 

Doktorantura proqramı üçün müraciət edən namizədlər aşağıdakı sənədləri əlavə olaraq
təqdim etməlidirlər:
10.Tədqiqat işi (minimum 2 səhifə, Times New Roman 12 şrifti ilə, təhsil almaq üçün
müraciət etdiyi dildə yazılmış).
Qeyd: Müsahibə mərhələsinə dəvət olunan şəxslər yalnız Təhsil Nazirliyinin Elektron
Ərizə Sisteminə yüklədikləri sənədlərin surətini və hər iki (Macarıstan və Azərbaycan)
elektron ərizənin surətlərini gətirməlidirlər.
11. Elmi rəhbərdən müvafiq arayış – (Namizədin qəbul olunduğu ali təhsil
müəssisəsində müvafiq “supervisior”dən ona elmi rəhbərlik edəcəyinə dair sənəd
əldə olunmalı və aidiyyəti üzrə elektron sistemlərə yükləməlidir).
İstisna hallarda aşağıda qeyd olunmuş tələb olunan sənədlərin sonradan göndərilməsi
mümkündür:
– tam orta təhsili bitirmə haqqında sənəd: tam orta təhsil səviyyəsində sonuncu
yarımillikdə təhsil alanlar üçün;
– bakalavr diplomu: bakalavriat təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar
üçün;
– magistr diplomu: magistratura təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar
üçün;
Qeyd olunan çatışmayan sənədlər 1 avqustdan gec olmayaraq təqdim olunmalıdır.
Diqqət! Sadalanmış sənədlərdən hərbi möhlət hüququnu təsdiq edən sənəd (eyni təhsil
səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər üçün) və ali təhsil sənədinin
Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd (xarici ali təhsil
müəssisələrinin məzunları üçün) Təhsil Nazirliyinin elektron ərizə sistemi üzərindən
30.01.2021-ci il tarixinədək elektron qaydada təqdim olunmalıdır.
Qeyd 1: Müraciət edən namizədlərin yaşı 18 yaşdan (01 sentyabr 2002-ci ildən əvvəl
doğulmuş olmalıdır) aşağı olmamalıdır (“Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
Macarıstan İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı”nın
tələbinə əsasən, müvafiq tədris ilində 01 sentyabr tarixinə qədər 18 yaşı tamam olmayan
Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına müraciət edə bilməzlər).

 

Qeyd 2: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan
yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Təhsil Nazirliyinin elektron
ərizə sistemi iddiaçılara yalnız bir təqaüd proqramına müraciət etməyə icazə verir.
Qeyd 3: Poçt və ya elektron poçt vasitəsilə sənədlərini Təhsil Nazirliyinə göndərən
şəxslərin sənədləri nəzərə alınmayacaqdır. Seçim prosesində YALNIZ sənədlərini
Macarıstan təqaüd proqramının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin
elektron ərizə sistemləri vasitəsilə təqdim etmiş şəxslərin sənədlərinin
qiymətləndirilməsi aparılacaqdır.
Təhsil Nazirliyi ilə əlaqə
Təqaüd proqramı ilə bağlı suallarınızı [email protected] elektron poçtuna
ünvanlaya bilərsiniz.
Mütəmadi verilən suallar barədə keçiddən tanış olmağınız xahiş olunur.

 

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində
Macarıstanda təhsilə dair Mütəmadi Verilən Suallar:
1. Müsabiqədə iştirak üçün necə müraciət etməliyəm?
Təqaüd proqramına müraciət edəcək iddiaçılar elanın tələblərinə uyğun olaraq, hər iki ölkənin
müvafiq elektron ərizə sisteminə müraciət etməlidir:
1-ci Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir:
https://apply.stipendiumhungaricum.hu/
2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət təsdiq
edilməlidir: https://www.app.htp.edu.az/
Hər iki müraciət formasını düzgün şəkildə tamamlamış və müsahibə mərhələsində iştirak üçün əsas
meyarlara cavab verən şəxslər müsahibədə iştirak etmələri üçün dəvət olunacaqlar.
2. Hansı ixtisaslar üzrə Macarıstanda təhsil ala bilərəm?
Macarıstan ali təhsil müəssisələrində aşağıdakı ixtisas istiqamətləri üzrə təhsil ala bilərsiniz:
– tam bakalavriat və magistratura təhsil proqramları üzrə
 kənd təsərrüfatı, su idarəetməsi – 10 təqaüd;
 təbiət elmləri, davamlı inkişaf – 20 təqaüd,
 turizm – 10 təqaüd;
 səhiyyə elmləri – 5 təqaüd;
 beynəlxalq münasibətlər – 5 yer;
 mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 75 təqaüd;
 iqtisadiyyat, biznes və idarəetmə elmləri – 50 təqaüd.
– doktorantura təhsili üzrə
 istənilən maraq dairəsi üzrə – 25 təqaüd.
3. Təqaüd Proqramında bir təhsil ili üzrə Macarıstan tərəfindən nə qədər təqaüd verilir?
Aylıq təqaüd ev sahibi universitet tərəfindən veriləcəkdir. Mövcud qanunvericiliyə əsasən aşağıdakı
kimi müəyyənləşdirilmişdir:
Bakalavriat və magistratura proqramları üçün: 43.700 Macarıstan forinti
Doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə
aylıq 180.000 Macarıstan forinti
4. Mən bu il Macarıstanda ali təhsil müəssisəsinə artıq qəbul olmuşam. Təhsilimi dövlət
hesabına davam etdirə bilərəm?
Hökumətlərarası saziş çərçivəsində tələbələrin müraciət edə bildikləri ixtisaslar sazişə uyğun
müəyyənləşdirilmişdir. Təhsilinizi qəbul olduğunuz universitetdə qəbul olduğunuz ixtisas üzrə o
halda davam etdirə bilərsiniz ki, həmin ixtisasın saziş çərçivəsində maliyyələşdirilməsi nəzərdə
tutulmuşdur və siz Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən uğurla keçmisiniz. Eyni zamanda,
təhsil aldığınız ali təhsil müəssisəsinin adı Macarıstan tərəfindən təqdim olunmuş müvafiq siyahıda
yer almalıdır.
5. Hökumətlərarası saziş çərçivəsində Macarıstanda təhsil hansı dildədir?
Macarıstan ali məktəblərində tələbələr macar və ya ingilis dilində təhsil ala bilərlər.
6. Macar dilini bilməyən tələbə Macarıstan ali məktəblərində necə təhsil ala bilər?
Macar dilində ali təhsilə başlamazdan öncə tələbələr Balassi İnstitutunda bir illik hazırlıq kursu
keçməlidirlər. Lakin tələbələr müəyyən səviyyədə ingilis dili biliklərinə sahib olmalıdır.
7. Macarıstan ali məktəblərində ingilis dilində təhsil almaq üçün hansı səviyyədə dil biliyi
kifayət edir?
Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə
IELTS sertifikatı 6.0 (hər bir alt kateqoriya 5.5-dən aşağı olmamaqla), magistratura və doktorantura
səviyyələri üzrə isə 6.5 (hər bir alt kateqoriya 5.5-dən aşağı olmamaqla) və ya digər sertifikatların bu
göstəriciyə ekvivalentinə bərabər olmalıdır.
8. Bakalavriat və ya magistratura təhsilimi tam ingilis dilində almışam. Bu halda IELTS və ya
TOEFL dil sertifikatı təqdim etməliyəm?
Əgər bakalavriat və ya magistratura təhsilinizi (xaricdə və ya Azərbaycanda) tam ingilis dilində
bitirmisinizsə, müvafiq sübutedici sənədlər təqdim etdiyiniz təqdirdə, müsahibə mərhələsində iştirak
üçün tələb olunan dil biliyi səviyyəsinə dair sertifikat tələbi nəzərə alınmır.
9. Mən IELTS və ya TOEFL imtahan nəticəmi 15 yanvar tarixindən sonra əldə edə biləcəyəm.
Sertifikatı həmin tarixdən sonra aidiyyəti üzrə təqdim edəcəyim halda müsahibəyə dəvət edilə
bilərəm?
Elanda verilmiş şərtlərə uyğun olan IELTS və ya TOEFL imtahan nəticəsi 25 yanvar tarixinədək
Təhsil Nazirliyinin elektron ərizə sistemi üzərindən elektron qaydada təqdim olunduğu təqdirdə, digər
meyarlara uyğun olaraq, müsahibəyə dəvət oluna bilərsiniz.
10. Mənim SAT nəticəm var, Macarıstan təqaüd proqramına müraciət edə bilərəm?
DİM (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən
beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT,
qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-
indən az olmamalıdır;
11. Macarıstanda təhsilə müraciət etmək üçün lazım olan sənədlərin siyahısını haradan əldə
edə bilərəm?
www.edu.gov.az internet səhifəsinin elanlar bölməsindən Macarıstan ali məktəblərinə qəbul ilə
bağlı tələb olunan bütün sənədlərin siyahısını əldə edə bilərsiniz.
12. Müsahibəyə gələrkən sənədlərin orijinallarını özümüzlə gətirək?
Müsahibəyə gələrkən hər iki ölkənin elektron ərizə sisteminə müraciətinizin çap formasını və həmin
sistemə yüklədiyiniz sənədlərin surətlərini (eyni olduğu üçün sənədlər 1 nüsxə) özünüzlə
gətirməyiniz xahiş edilir.
13. Mən hazırda bakalavriat səviyyəsi üzrə 3-cü kurs tələbəsiyəm. Eyni səviyyə üzrə təhsilimi
Macarıstanda davam etdirə bilərəm?
Ölkənin yerli ali təhsil müəssisələrində bakalavr səviyyəsində təhsil alan şəxslər təhsilinin 50%-dən
çoxunu tamamlamamış olmalıdırlar.
14. Mən bakalavr təhsilimi İqtisadiyyat/Mühəndislik/İnformasiya texnologiyaları və s. ixtisası
üzrə almışam. Magistratura təhsil səviyyəsi üzrə hansı ixtisasa müraciət edə bilərəm?
Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə
ixtisası xaricdə oxumaq üçün seçdiyi ixtisaslara uyğun olmalıdır.
15. Doktorantura səviyyəsi üzrə müraciət üçün ixtisas məhdudiyyəti var?
Doktorantura səviyyəsi üzrə ixtisas məhdudiyyəti yoxdur, müvafiq kvota çərçivəsində istənilən
maraq dairəsi üzrə müraciət oluna bilər. Lakin, müraciət edən iddiaçıların ali təhsil haqqında diplom
üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 2 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali
təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən
olunur).
16. Hal-hazırda 4-cü kurs tələbəsi olduğum üçün diplom təqdim edə bilməyəcəyəm.
Qiymətlərin çıxarışını təqdim etmək olar?
Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş təhsil haqqında arayış və transkripti (fənlər
üzrə akademik göstəricilər) təqdim etməklə siz müsabiqədə iştirak edə bilərsiniz. (ingilis dilinə
tərcümə əlavə edilməklə). Çatışmayan sənədlər olduğu təqdirdə (diplom, diplom əlavəsi, attestat
və s.), onları 1 avqust tarixinədək elektron ərizə sisteminə yükləməlisiniz.
17. Mən DİM (əvvəlki TQDK) imtahanında 390 bal toplamışam, Macarıstan təqaüd proqramına
müraciət edə bilərəm?
Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində
texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar.
18. Mənim 18 yaşım oktyabr ayında tamam olacaqdır. Macarıstan təqaüd proqramına müraciət
edə bilərəm?
Xeyr. Yalnız qarşıdakı 01 sentyabr tarixinə kimi 18 yaşı tamam olmuş namizədlər Macarıstan
təqaüd proqramına müraciət edə bilərlər (“Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan
İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı”nın tələbinə əsasən, müvafiq
tədris ilində 01 sentyabr tarixinə qədər 18 yaşı tamam olmayan Azərbaycan Respublikası
vətəndaşları təqaüd proqramına müraciət edə bilməzlər).
19. Tələbəyə hərbi xidmətdən möhlət hüququ verilirmi?
“Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu”nun 21.1.5-ci bəndinə
əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat,
magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada
(internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.
Lakin eyni təhsil səviyyəsi üzrə ikinci dəfə müraciət edən şəxslər hərbi bilet və ya hərbi
xidmətdən möhlət hüququnu əks etdirən sənədi təqdim etməlidirlər.
20.Təqaüd proqramı çərçivəsində qarşılanan xərclər hansılardır?
Macarıstan tərəfindən:
 ödənişsiz təhsil;
 universitet yataqxanasında yaşayış;
 tibbi sığorta;
 aylıq təqaüd
Qeyd: Tələbələrin beynəlxalq nəqliyyat xərcləri şəxsi vəsaitləri hesabına qarşılanır.
21. Mən bundan öncəki təhsilimi xaricdə bitirmişəm, diplomun və diplom əlavəsinin
nostrifikasiyasına dair sənəd təqdim etməliyəm?
Bəli, öncəki ali təhsil haqqında sənədin Azərbaycan Respublikası ərazisində
tanınmasına/nostrifikasiyasına dair sənəd təqdim etməlisiniz. Müvafiq sənədi əldə etməmisinizsə,
ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
https://tkta.edu.az/
22. Mən Macarıstan təqaüd proqramı çərçivəsində bakalavriat səviyyəsində sonuncu kurs
tələbəsiyəm, növbəti səviyyə üçün yenidən Macarıstan təqaüd proqramına müraciət edə
bilərəm?
Bəli, Macarıstan təqaüd proqramı çərçivəsində sonuncu kursda təhsil aldığınız təqdirdə, növbəti
təhsil səviyyəsi üzrə müraciət edə bilərsiniz.
23. Mən bakalavriat/magistratura/doktorantura səviyyəsi üzrə Macarıstan təqaüd proqramı
çərçivəsində təhsil almışam. Eyni təhsil səviyyəsi üzrə bu proqrama təkrar müraciət edə
bilərəm?
Macarıstan təqaüd proqramının tələbinə əsasən, eyni təhsil səviyyəsi üzrə bu proqrama yenidən
müraciət etmək mümkün deyildir.
24. Mən dövlət hesabına bakalavriat/magistratura/doktorantura səviyyəsi üzrə təhsil
almışam. Eyni təhsil səviyyəsi üzrə Macarıstan təqaüd proqramına təkrar müraciət edə
bilərəm?
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (…dövlət оrta
iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların
yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində
yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil
səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.
25. Mən bir akademik ildə iki fərqli ölkənin təqaüd proqramına müraciət edə bilərəm?
Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin
təqaüd proqramına müraciət edə bilərlər.
26. Yalnız attestat balı və IELTS göstəriciləri ilə təqaüd proqramına müraciət edə bilərəm?
Xeyr. Müsabiqənin müsahibə mərhələsinə yalnız elanda göstərilən meyarlara cavab verən şəxslər
buraxılır.