Onlayn TÖMER İmtahanına Qeydiyyat! (Türk dili haqqında sertifikat / TYS-Türkçe Yeterlik Sınavı )

0
480

Türkiyənin bütün universitetləri tərəfindən qəbul edilən Onlayn TÖMER (Türk dili haqqında sertifikat) /TYS (Türkçe Yeterlik Sınavı) İmtahanına qeydiyyat başlamışdır.
İmtahan hər ay keçirilir.
İmtahan qiyməti: 250 AZN

+994 518432599 whatsapp
+994 774641868 whatsapp

Təşkilatçı: Tokat şəhərində yerləşən Gaziosmanpaşa Universiteti

(Onlayn Tömer Kursu üçün bura daxil ola bilərsiniz)

(QEYD: YÖS İMTAHANI üçün bura daxil ola bilərsiniz)

Tömer haqqında:

TÖMER / TYS – bir Türkçe yeterlilik sınavıdır.
Türkiyədə təhsil almaq istəyən hər kəs bu imtahana girməlidir. TYS – imtahanı verməyən tələbələr Türkiyədə bir il artıq oxuyur. Oxunan bu bir il artıq müddət universitetdə TÖMER hazırlığı adlanır.

TÖMER (Türk dili haqqında sertifikat) /TYS (Türkçe Yeterlik Sınavı), Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin keçməli olduğu dil imtahanıdır. İmtahan xarici tələbələrin türkcə dil biliyini yoxlayır. Bakalavr səviyyəsində universitetlər bu imtahanı əsasən qeydiyyatdan sonra tətbiq edir və tələbə bir başa olaraq dərsə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində isə əsasən müraciət tarixində TÖMER sertifikatı tələb olunur.

Normalda hər bir universitet 4 il olursa Türkçe Yeterlilik Sınavına girməyənlər üçün universitet müddəti 5 il olur.  Əlavə oxunacaq bu bir ildə siz Türk dilini öyrənirsiniz. Bir çox universitetlərdə belə bir qayda varki əgər siz fakültəni qazanmısınız və Tömər imtahanından keçə bilməmisinizsə siz 6 ay Türk dilini öyrənəcəksiniz 6 ay sonra isə düşdüyünüz ixtisasa aid dərsliklər keçirsiniz.
Qısacası TÖMER/TYS Türkiyədə aşağıdakı kataqoriyaya aid olan hər kəsə lazımdır.
• Attestatla bakalavr təhsili almaq istəyənlərə
• YÖS-lə bakalavr təhsili almaq istəyənlərə
• Magistr təhsili almaq istəyənlərə
• Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə
• Doktorantura oxumaq istəyənlərə
Qeyd 1:
TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMƏR üzrə hazırlıq oxumalıdır.Bu həm vaxt itkisi, həmçinin də pul itkisidir
Qeyd 2:
YÖS-lə qəbul aparan universitetlərdə TÖMER və ya TYS balları 65-70-dən başlayır.
Attestatla qəbul aparılan universitetlərdə keçid balları 55-60-dan başlayır.
Qeyd 3:
Türkçe Yeterlilik Sınavı zamanı sizin biliyiniz 6 səviyyədə qiymətləndirilir. Bu səviyyələr aşağıdakılardır.
• A1 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)
• A2 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)
• B1 – Başarılı – (Bu nəticəni bəzi universitetlər qəbul edir)
• B2(55-70) – Başarılı – (Bu nəticəni birçox universitetlər qəbul edir)
• C1(71-88) – Başarılı – (Bu nəticəni demək olarki 95% universitetlər qəbul edir)
• C2(89-100) -Başarılı – (Bu nəticə tamami ilə keçərlidir)
Əgər siz Türkçe yeterlilik sınavına girirsinizsə istənilən halda yuxarıda sadalanan 6 səviyyədən birinə aid biliyiniz olduğuna dair sizə sertfikat veriləcəkdir

Türkiydə 99% universitetlərin keçirdiyi Türkçe Yeterlilik Sınavı digər Türkiye universitetləri tərəfindən qəbul edilir.

Biz tərəfindən hər il bir neçə universitetin TÖMER imtahanı Azərbaycanda təşkil edilir. Beləki siz bu imtahanlardan birinə Azərbaycanda girməklə TÖMER Sertfikatı əldə edirsiniz.

Əldə etdiyiniz sertfikat isə Türkiyənin digər universitetləri tərəfindən tanınır.

TYS imtahanını Azərbaycanda verməyin əsas üstünlüklərindən biri imtahan həyəcanını aradan qaldırmaqdır və ya siz bu imtahandan kəsilsəniz yenidən hazırlaşıb növbəti dəfə imtahanı keçə bilərsiniz.

İmtahanlara Azərbaycanda qeydiyyat olmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
+994 518432599 whatsapp
+994 774641868 whatsapp

 

Ümumi məlumat:

 

1. Türkcə Yetərlik İmtahanı (TYS) nədir?

 

Türk dilini xarici dil və ya ana dil kimi öyrənən şəxslərin dil biliklərinin müəyyənləşdirilməsi üçün həyata keçirilən, bütün dil bacarıqlarını ölçən və beynəlxalq miqyasda tətbiq olunan bir imtahandır.

 

2. Türkcə Yetərlik İmtahanına kimlər girə bilər?

 

Xarici dil olaraq türkcə öyrənənlər, Türkiyədəki universitetlərə müraciət etmək və qəbul olmaq məqsədiylə türkcə dil biliklərini sənədləşdirmək istəyən tələbələr, xaricdə müxtəlif təşkilatlarda türkcə öyrətmək istəyən müəllim namizədləri, türkcə dil biliklərini sənədləşdirmək istəyən tərcüməçilər, qısacası türkcə dil biliyini ölçmək istəyən hər kəs TYS’ye girə bilər.

 

3. Türkcə Yetərlik İmtahanına nə üçün girməliyəm?

 

Türkcə Yetərlik İmtahanı, türkcə dil biliklərinizi ölçən və sənədləşdirən bir imtahandır. Türkcə Yetərlik İmtahanında müvəffəqiyyətli olduğunuz təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad ola bilər; bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə bilər və akademik karyera məqsədiniz üçün istifadə edə bilərsiniz.

 

4. Türkcə Yetərlik İmtahanına necə qeydiyyatdan keçə bilərəm?

 

İmtahana yazılmaq üçün 0518432599 və 0774641868 votsap nömrələrimizə müraciət edə bilərsiniz.

 

5. Türkcə Yetərlik İmtahanı hansı mərhələlərdən ibarətdir?

 

Beynəlxalq standartlara uyğun olaraq hazırlanan Türkcə Yetərlik İmtahanı “Oxuma, Dinləmə, Yazma və Danışma (müstəqil və qarşılıqlı söhbət)” mərhələlərindən ibarətdir. Oxuma, dinləmə, yazma və danışma bacarığının ölçüldüyü imtahanda müvəffəqiyyət əldə edən namizədlərə Türkcə Yeterlik Sertifikatı verilir.

 

6. Türkcə Yetərlik İmtahanı necə keçirilir?

 

Türkcə Yetərlik İmtahanı 3 seansda keçirilir. 1-ci sessiyada namizədlər; oxuma və dinləmə, 2-ci sessiyada yazma; 3-cü sessiyada isə müstəqil danışma və qarşılıqlı danışma suallarına cavab verirlər.

 

7. Türkcə Yetərlik İmtahanının müddəti nə qədərdir?

 

Türkcə Yetərlik İmtahanının müddəti; oxuma 60, dinləmə 45, yazma 60, müstəqil danışma 5, qarşılıqlı danışma 10 olmaqla toplam 180 dəqiqədir.

 

8. Türkcə Yetərlik İmtahanı ildə neçə dəfə keçirilir?

 

Türkcə Yetərlik İmtahanı EduOnline.Az saytında elan edilən tarixlərdə, təxminən hər ay keçirilir.

Qeydiyyat üçün əlaqə

0518432599 və 0774641868