DİM-in “Psixoloji xidmət” layihəsi çərçivəsində elektron portalı fəaliyyətə başlayıb

0
23

Dövlət İmtahan Mərkəzinin “Psixoloji xidmət” layihəsi çərçivəsində e-psixoloq.az elektron portalı fəaliyyətə başlayıb

Dövlət İmtahan Mərkəzinin “Psixoloji xidmət” layihəsi çərçivəsində e-psixoloq.az elektron portalı fəaliyyətə başlayıb. Elektron səhifənin yaradılmasında əsas məqsəd:

–      təhsilin və imtahan prosesinin psixoloji cəhətləri haqda əhalini maarifləndirmək;

–      peşə seçimində abituriyentlərə kömək etmək;

–      imtahan iştirakçılarına, valideynlərə, müəllim və pedaqoji heyətə psixoloji dəstək göstərməkdir.

Səhifədə artıq fərqli mövzularda məqalələr, maraqlı videoçarxlar və psixoloji testlər yerləşdirilib. Xüsusilə şəxsiyyət tipinizin müəyyən olunması üzrə MBTİ testini cavablandırmaqla siz öz güclü və zəif cəhətləriniz, fərdi öyrənmə yanaşmanız, öz şəxsiyyət tipiniz üzrə statistik məlumatlarla tanış ola bilə və öz həyati qərarlarınızı daha da dəqiqləşdirə bilərsiniz.

Saytda, həmçinin “onlayn çat” vasitəsilə hər hansı bir sualla bağlı peşəkar psixoloqlara müraciət etmək imkanı var.

Bir müddət sonra səhifədə onlayn psixoloji xidmətin göstərilməsi planlaşdırılır.