“CV hazırlanması və uğurlu müsahibə yolları” adlı təlim

0
234
Gənclər, hazırsınızmı?! 🤩🤩
“Şəxsi İnkişaf Marafonu” layihəsi çərçivəsində Gənclərin İnkişaf Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi tərəfindən həyata keçirilən daha bir təlimlə yenidən qarşınızdayıq.😉
18 mart tarixində Nərgiz Nəbiyevanın təqdimatında “CV hazırlanması və uğurlu müsahibə yolları” adlı təlim baş tutacaq.
Bu təlimdə sizi nələr gözləyir❓❓
Bildiyimiz kimi, professional CV iş müsahibəsinə dəvətin açarıdır. Təlim müddətində gənclərin profesional və şəxsi inkişafının təmin olunması üçün onlara özünütəqdimetmə, düzgün CV hazırlanma qaydaları, tələb olunan mütəxəssis keyfiyyətləri kimi vacib nüanslar təqdim ediləcək. Ən əsası isə sizin üçün iş müsahibəsi simulyasiyası yaradılaraq ən çox edilən səhvlər izah ediləcək və real təqdimat nümunələri göstəriləcək.
Spiker: 📢
◼ Nərgiz Nəbiyeva – 2017-ci ildən etibarən peşəkar olaraq İR sahəsi üzrə fəaliyyət göstərib. Azərbaycan İnsan Resursları peşəkarları platformasının üzvü, 2018-2019 ci illərdə keçirilən “İR konfrans və sərgisinin” təşkilat komandasının üzvüdür. Bir çox yerli və xarici təlimlərin iştirakıçısı olan Nərgiz Nəbiyeva hazırda Novas Home və Bizim Marketlər şəbəkəsinin pərakəndə sektorunda İR departamenti İşə qəbul şöbəsində mütəxəssis kimi fəaliyyət göstərir.
📆18 mart | ZOOM | 20:00