Təhsil Nazirliyi KADR BANKI yaradıb

0
939

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu – www.kadr.taninma.az-ı istifadəyə verib”.

EDUONLİNE.AZ xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat yayıb.

O bildirib ki, kadr bankının yaradılması bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhfə verilməsi baxımından olduqca əhəmiyyətlidir:

“Kadr bankına kvalifikasiyaları tanınmış ərizəçilərin əlavə edilmə prosesi davam edir. Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər”.