Peşə təhsil müəssisələrində VAKANSİYALARA QƏBUL!

0
469

Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının imtahanla işə qəbuluna başlanılır

2021-2022-ci il tədris ili üçün ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq. Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 13 – 17 sentyabr tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub.

Müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər üçün sentyabr ayının ikinci yarısında imtahan keçiriləcək. İmtahanda ixtisas, tədris metodikası və məntiqə aid suallar təqdim ediləcək. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu aşağıdakı müəyyənləşdirilmiş qaydada həyata keçirilir:

İxtisas fənn müəllimləri – orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

İstehsalat təlimi ustaları – orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

Qeydiyyat üçün sayt: portal.edu.az