Lənkəranda 3 günlük kamp-konfrans: “Xöşbəxt ailələrdə vulqar ənənə riskləri (XAVƏR)” layihəsi

0
403

Hörmətli gənclər və gənc ailələrin təmsilçiləri!

01 oktyabr 2021-ci il tarixindən Lənkəranda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə MAGİYA ictimai birliyi tərəfindən “Xöşbəxt ailələrdə vulqar ənənə riskləri (XAVƏR)” layihəsinin icrasına start verildi.

Layihənin məqsədi: Azərbaycanda ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin vulqar ənənə (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) risklərindən qorunması istiqamətində onların ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.

Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə dəyərləri, əxlaq və etika normaları mövzusunda 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr) təşkil olunacaqdır. Tədbirdə iştirak edən gənclərə sertifikatlar veriləcəkdir. 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq (Lənkərandan olan iştirakçılar istisna olmaqla) xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.

Tədbirin vaxtı: 6-8 noyabr

Tədbirdə iştirak etmək istəyənləri qeydiyyatdan keçməyə dəvət edirik:

Qeydiyyat