Socar təlim mərkəzlərinə sənəd qəbulu başladı

0
1911

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi (QRTM), Kadr hazırlığının təşkili Mərkəzi (KHTM) , Qala Təlim Tədris Mərkəzi (QTTM)  və Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • 01.12.2021-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
  • Orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ya ən azı tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər).
  • Hərbi bileti olmalı (“Atıcı” peşəsi üzrə müraciət edənlər həqiqi hərbi xidmət keçmiş olmalı, digər peşələr üzrə həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq).

 

Qeyd 1: Tədrisi STTM-də təşkil olunan peşələr üzrə Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olanların (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər) müraciətlərinə üstünlük veriləcəkdir.

Qeyd 2: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaqdır.

Qeyd 3: Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş amma üzrsüz səbəbdən oxumaqdan imtina etmiş namizədlər müraciət edə bilməzlər.

Qeyd 4: Orta ixtisas və ilk peşə təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.

 

Qəbul həyata keçirilən peşələr:

S/S Peşə ixtisasları Yer sayı Tədrisin keçiriləcəyi        Təlim Mərkəzi Təhsil müddəti Qeyd
1 Aparatçı (Yalnız kişilər) 30 STTM 6 ay
2 Atıcı (Yalnız kişilər) 30 QTTM 1 ay
3 Avtomobil təmiri çilingəri (Yalnız kişilər) 14 QRTM 6 ay
4 Defektoskopçu (Yalnız kişilər) 8 KHTM 6 ay
5 Əl ilə qaynaqda elektrik qaynaqçısı (Yalnız kişilər) 11 STTM 1 il
6 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (Yalnız kişilər) 24 QRTM-1 qrup
STTM-1 qrup
1 il Regionlar üzrə 4 yer*
7 Elektrik qaz qaynaqçısı (Yalnız kişilər) 32 QRTM 1  il Regionlar üzrə 8 yer*
8 Kimyəvi ayırma aparatçısı (Yalnız kişilər) 30 STTM 6 ay
9 Kimyəvi təhlil/analiz laborantı (Yalnız qadınlar) 12 STTM 6 ay
10 Kompressor qurğularının maşinisti (Yalnız kişilər) 15 STTM 6 ay Regionlar üzrə 2 yer*
11 Nasos qurğusu maşinisti (Yalnız kişilər) 16 KHTM 6 ay Regionlar üzrə 1 yer*
12 Neft-qaz hasilatı üzrə operator (Yalnız kişilər) 20 KHTM 6 ay
13 Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər 19 QRTM -1 qrup
STTM – 1 qrup
1 il Regionlar üzrə 2 yer*
14 Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı (Yalnız kişilər) 14 QRTM 6 ay
15 Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər (Yalnız kişilər) 349 QRTM 6 ay Regionlar üzrə 51 yer*
16 Qaz paylayıcı stansiyanın operatoru (Yalnız kişilər) 23 QRTM 6 ay Regionlar üzrə 23 yer*
17 Qazla kəsən (Yalnız kişilər) 9 KHTM 6 ay
18 Rəngsaz (Yalnız kişilər) 7 STTM 6 ay
19 Takelajçı (Yalnız kişilər) 8 KHTM 6 ay
20 Təmirçi çilingər (Yalnız kişilər) 55 QRTM -1 qrup
STTM – 1 qrup
KHTM – 1 qrup
6 ay Regionlar üzrə 4 yer*
21 Tornaçı, frezerçi (Yalnız kişilər) 9 QRTM 6 ay Regionlar üzrə 1 yer*
22 Yükləyicinin sürücüsü (Yalnız kişilər) 11 STTM 6 ay
23 Qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər (Yalnız kişilər) 8 KHTM  6 ay Regionlar üzrə 6 yer*
24 Yeraltı qaz kəmərləri istismarı və təmiri üzrə çilingər (Yalnız kişilər) 11 KHTM  6 ay Regionlar üzrə 6 yer*
Cəmi 765

* Yalnız müvafiq region üzrə edilmiş müraciətlərə baxılacaqdır.

“Azəriqaz” İstehslat Birliyinin Regional Qaz İstismarı İdarələri (RQİİ) üzrə qəbul keçiriləcək peşələrin adları və yer sayları aşağıdakı kimidir:

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər
S/s Regionlar üzrə təşkilatların adları Yer sayı
1 Bakı RQSD-nin Abşeron rayonu üzrə Qazın balansı və satışı şöbəsi 51
Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər
S/s Regionlar üzrə təşkilatların adları Yer sayı
1 Gəncə RQİİ-nin Goranboy rayonu üzrə sayğacların qəbulu və istis.xidməti 1
2 Zaqatala RQİİ- nin Goranboy rayonu üzrə sayğacların qəbulu və istis.xidməti 1
Elektrik qaz qaynaqçısı
S/s Regionlar üzrə təşkilatların adları Yer sayı
1 Gəncə RQİİ-nin Gəncə şəhəri üzrə təmir-bərpa xidməti 1
2 Lənkəran RQİİ- nin Masallı rayonu üzrə təmir-bərpa xidməti 1
3 Tərtər RQİİ- nin  Ağcabədi rayonu üzrə Hindarx təmir-bərpa xidməti 1
4 Gəncə RQİİ- nin Göygöl rayonu üzrə təmir-bərpa xidməti 1
5 Xaçmaz RQİİ-nin Quba rayonu üzrə təmir-bərpa xidməti 1
6 Tərtər RQİİ- nin Yevlax rayonu üzrə təmir-bərpa xidməti 1
7 Zaqatala RQİİ- nin Zaqatala rayonu üzrə təmir-bərpa xidməti 1
8 Salyan RQİİ- nin Neftçala rayonu üzrə təmir-bərpa xidməti 1
Təmirçi çilingər
S/s Regionlar üzrə təşkilatların adları Yer sayı
1 Salyan RQİİ- nin İmişli  rayonu üzrə təmir-bərpa xidməti 1
2 Tərtər RQİİ-nin Ağdam rayonu üzrə təmir-bərpa xidməti 1
3 Xaçmaz RQİİ- nin Şabran rayonu üzrə təmir-bərpa xidməti 1
4 Tərtər RQİİ- nin Bərdə rayonu üzrə təmir-bərpa xidməti 1
Qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər
S/s Regionlar üzrə təşkilatların adları Yer sayı
1 Salyan RQİİ- nin Şirvan şəhəri üzrə təmir-bərpa xidməti 1
2 Gəncə RQİİ- nin Gəncə şəhəri üzrə təmir-bərpa xidməti 1
3 Xaçmaz RQİİ- nin Qusar rayonu üzrə təmir-bərpa xidməti 1
4 Salyan RQİİ- nin Saatlı üzrə təmir-bərpa xidməti 1
5 Şəmkir RQİİ- nin Gədəbəy rayonu üzrə təmir-bərpa xidməti 1
6 Şəmkir RQİİ- nin Tovuz rayonu üzrə təmir-bərpa xidməti 1
Yeraltı qaz kəmərləri istismarı və təmiri üzrə çilingər
S/s Regionlar üzrə təşkilatların adları Yer sayı
1 Tərtər RQİİ- nin Tərtər rayonu üzrə təmir-bərpa xidməti 1
2 Tərtər RQİİ-nin Bərdə rayonu üzrə təmir-bərpa xidməti 1

 

“Qaz İxrac” İdarəsininn Magistral Qaz Kəmərləri Sahələri (MQKS) üzrə qəbul keçiriləcək peşələrin adları və yer sayları aşağıdakı kimidir:

S/s İxtisas Abşeron MQKS Ağdam MQKS Ağdaş MQKS Astara MQKS Hacıqabul MQKS Qazax MQKS Siyəzən QKS
1 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru 2 2
2 Kompressor qurğularının maşinisti 1 1
4 Nasos qurğusu maşinisti 1
5 Qaz paylayıcı stansiyanın operatoru 4 1 1 5 8 3 1
6 Tornaçı, frezerçi 1
7 Yeraltı qaz kəmərləri istismarı və təmiri üzrə çilingər 1 3

 

 

Müraciətlər elektron formada qəbul olunur. Elektron müraciət formasını “Müraciət et” bölməsindən doldura bilərsiniz.

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza bilərlər

Müraciət üçün son tarix: 22 oktyabr 2021, 17:00