🍋Lənkəran- Astara Bambuqlu Payız Barları Turu 🍊 Çox fərqli bir Cənub Turu!

0
358

*Çox fərqli bir Cənub Turu! 😍*
🍋*Lənkəran- Astara Payız Barları Turu*🍊
Meyvəli, çaylı, limonlu, mandarinli, apelsinli, balıqlı, istisulu, həmçinin tariximizə ekskursiyalı turumuza hər birinizi dəvət edirik.😍

🗓TARİX: 16-17 oktyabrdan etibarən YALNIZ OKTYABR VƏ NOYABR AYLARINDA hər həftəsonu və bayram günləri

(1 gecə/2 gün)
Qiymət: CƏMİ 75 AZN

📌QİYMƏTƏ DAXİLDİR:
✅ Nəqliyyat xidməti 🚌
✅ Qidalanma – səhər yeməyi (2 dəfə)🍽️
✅ Oteldə gecələmə ( STARWAY OTEL LƏNKƏRAN  – https://www.instagram.com/p/CUXCCmwDjUk/ ) 🏩
*Oteldə axşam diskoteka və ya qapalı məkanda, restoranda film keyfi* 💃🕺📽️
✅ Çay plantasiyasında çay fasiləsi ☕
✅ Peşəkar Tur Rəhbəri 🙋🏻‍♂️
✅ Payız barlarına ekskursiyalar. 🍋🍊🥝

Proqram:
*1-ci gün*
✔️ Salyanda səhər yeməyi
✔️ *Astarada:*
✅ Tarixi Yanar bulaq
✅ Ulduz kinosunda çəkilən məşhur tarixi tikili (Ləm)
✅ Lövəyin – Astara su anbarı
✅ SIM kəndi və SIM şəlaləsinə yürüş (Dağ maşınları ilə əlavə ödəniş ilə 1 nəfər 5-7 AZN) (https://youtu.be/_OMsJN7TcdI)
✅ Astaranın “Yaşıl Göl” istirahət mərkəzinə səyahət, balıq tutmaq imkanı və balıq yeməkləri yemək imkanı (öz hesabınıza) (https://youtu.be/URR52lKI1bY)
✅ Hava yaxşı olduğu təqdirdə feyxoa bağında feyxoa yığımı
✔️ Vaxt qalsa əgər, Astara bulvarı gəzintisi (Atraksionlar, Kartinq və s.)
✔️ *Lənkəranda:*
✅ Otelə yerləşmək  (Lənkəranda Starway Otel)
✅ Oteldə diskoteka və ya film keyfi

*2-ci gün*
✔️ Oteldən çıxış
✔️ *Lənkəranda:*
✅ Samovar və Qala Qapıları

✅ Ölkəmizdə yeganə meşəsi olan, dünyada ən sürətlə böyüyən bitki olan *Bambuq* sahəsinə ekskursiya və Bambuqdan düzəldilən əl işləri sərgisinə baxmaq (https://www.facebook.com/100001836851990/posts/6311841622220337/)

✅ 5 ulduzlu Lənkəran Springs otelində müasir şəraitli *termal istisu vannalarında istirahət* (əlavə ödənişlə 8 AZN) (https://www.instagram.com/p/B0DngaAggRm/)
❗Vannalardan istifadə etmək istəməyənlər otelin həyatyanı sahəsində gəzə bilər. (Mənzərəli yerlər, əyləncələr, atraksionlar vardır) (https://instagram.com/lankaran_springs)
✅ Məşhur “SİTRUS VADİSİ”nə, portağal, feyxoa, kivi, mandarin, limon bağlarına səyahət  (əlavə 3 AZN ödəniş ilə)(https://instagram.com/citrusvalley_lankaran)
❗Yedi var apardı yoxdur. 😊
✅ Məşhur “YAŞIL ÇAY” çay plantasiyalarına səyahət və çay fasiləsi (Biz qonaq edirik🤗)
( https://www.instagram.com/p/CSOwhjiDpx9/ )
✔️ Bakıya qayıdış

————————————
🔷️Toplanış: Şənbə günü Saat :07:00
🔷️Yola düşmə: 07:30
🔷️Bakıya çatma vaxtı: Bazar günü
Saat : 22:00
————————————
Qeydlər :
⚠️Qiymət minimum iki nəfərlik otaqda bir nəfər üçün hesablanmışdır ,
⚠️Nəqliyyatda spirtli içkilər və siqaret çəkmək qəti qadağandır ,
⚠️0-5 yaş uşaqlar ödənişsizdir,  oteldə və nəqliyyatda yer tutmadıqda,
⚠️Tur zamanı gediləcək yerlər  ardıcıllığı hava şəraitinə görə dəyişdirilə və ya gedilməsi mümkün olmayan yerlər əvəz oluna bilər,
⚠️ Gedilən şəxsi təsərrüfatlarda təsərüfata vurulmuş ziyana görə ziyan vuran turist məsuliyyət daşıyır,
⚠️ COVİD-19 Pandemiyası ilə əlaqədar olaraq turlarda yalnız hər iki doza vaksin olunmuş, əks göstəriş və ya immunitet sertifikatı olan şəxslər iştirak edə bilərlər.
—————————————-
🔎 Ətraflı məlumat və qeydiyyat üçün :
+994518432599 WhatsApp +zəng
+994774641868 WhatsApp +zəng

=====

Turumuzun proqramında olan BAMBUQ meşəsi, usta və ustanın əl işləri ilə əlaqəli olan məlumat və şəkilləri sizlərə təqdim edirik:

Çində “həyat ağacı” adlandırılan bambuk bitkisi Lənkəran rayonuna ötən əsrin əvvəllərində gətirilib. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşır.
Eynulla bəyin həyətyanı torpaq sahəsində yetişdirdiyi 1000-dən çox bambuk ağacı bu gün onun üçün əl işləri hazırlamaqdan ötrü əvəzsiz xammal mənbəyinə çevrilib. Boş vaxtlarını həyətindəki kiçik emalatxanasında bambukdan əl işləri hazırlamağa sərf edən ustanın düzəltdiyi məişət əşyaları sırasında çarpayı, stol, stul, kreslo, kitab rəfi daha çox yer tutur. Bu əşyaların hər birinin hazırlanması üçün səbir, dözüm, ən başlıcası isə bacarıq lazımdır.
Son vaxtlar usta Eynulla bəyin bambukdan düzəltdiyi məişət əşyalarına tələbat da artıb. Onun əl işləri dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna layiq görülüb.
Bambuk ağacının xüsusiyyətlərindən söz açan Eynulla bəy bildirir ki, Vətəni Çin olan bu bitkinin qəribə böyümə xüsusiyyəti var. Bambukun toxumu əkildikdən və ona beş il müddətində qulluq göstərildikdən sonra cücərməyə başlayır, altı həftə ərzində isə hündürlüyü 27 metrə çatır. Bu bitkinin ağacları müxtəlif diametrlərdə olur.
Eynulla usta xammal kimi əsasən cücərdikdən sonra boy atan 3 illik bambuk ağaclarından istifadə etməyə üstünlük verir. Onun sözlərinə görə, bambuk çox qiymətli bitkidir və mebel sənayesində istifadə edilsə səmərəsi daha çox olar.

=======

Lənkəran sakini dünyanın ən tez böyüyən bitkisi olan bambukdan müxtəlif növ məişət əşyaları düzəldir. O, bu maraqlı məşğuliyyətindən həm zövq alır, həm də gəlir əldə edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranın Talışlı kənd sakini, ixtisasca mədəniyyət işçisi olan Eynulla Calalovun maraqlı hobbisi var. Boş vaxtlarını həyətindəki emalatxanada bambukdan müxtəlif növ əşyalar düzəltməklə keçirən Eynulla Calalov bu sənəti özünə 15 ildir məşğuliyyət seçib.
O deyir ki, bambuk bitkisi Lənkərana ötən əsrin 50-ci illərində Gürcüstandan gətirilib: “Həmin vaxtdan, sovxozlar dövründən bambuk daha geniş istifadə olunur. Həyətimizdə bambuk ağacı bitdiyinə görə düşündüm ki, bundan bəlkə bir şeylər düzəldim. İlk əl işim isə kreslo oldu. Gördüm ki, heç də pis alınmadı. Sonra stol-stul düzəltməyə başladım”.
Eynulla usta bu işin daha çox zəhmət və diqqət tələb etdiyini bildirir: “Bambukdan stol-stul düzəltmək üçün əvvəlcə ölçülərinə uyğun kəsirəm. Sonra həmin hissələr yüksək temperaturda qurudulmalı və ən azı bir sutka qalmalıdır. Bir stolu düzəltməyə haradasa, 5-6 gün vaxt gedir, stullar isə 3-4 gün vaxt aparır”.
Usta daha çox gündəlik tələbat duyulan məişət əşyaları sırasında stol, stul, kitab rəfi, səbət və masa üzərinə qoyulacaq aksesuarlar hazırlayır.
Eynulla ustanın bambukdan düzəltdiyi əl işlərinə maraq çoxdur. Onun əl işləri dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. Bu işlərə görə fəxri fərman və diplomlara layiq görülüb.

=====

Bambuq haqqında:
Bambuk və ya Hind qamışı — böyüməsi ilə çox qəribə olan bir bitkidir: əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik olmur. Toxum yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır.

====

Turlara yazılmaq üçün 0518432599 votsap nömrəmizə yaza və ya zəng edə bilərsiniz.