11-ci sinif şagirdləri üçün ABŞ-da 1 illik pulsuz təhsil almaq şansı – TƏQAÜD PROQRAMI

0
510

Gələcək Liderlərin Mübadilə Proqramı (FLEX) 2022-2023 akademik ili üçün açıqdır!

 

Son tarix: Oktyabr 15, 2021

 

Koronavirus pandemiyası ilə əlaqədar olaraq, təhlükəsizlik məqsədilə FLEX Proqramı 2022-23 proqram ili üçün imtahanı 2021-ci ilin payızında ONLAYN şəkildə keçirilir. Müraciət edənlər mobil telefondan və ya kompüterdən istifadə edərək istənilən yerdən internetə daxil olub qəbul prosesində iştirak edə bilərlər. İştirakçıların fərdi testlərdə iştirak etməməsinə baxmayaraq, FLEX proqramına qəbul üç ciddi turdan ibarətdir.

 

1-ci tur: 15 oktyabr 2021-ci il tarixinə qədər uyğunluq tələblərinə cavab verən şagirdlər üçün portal açıq elan edilir. Bu tura ilkin onlayn ərizə və ərizə verildikdən sonra 10 gün ərzində təqdim edilməli olan 3 inşa sualı daxildir.

 

2-ci tur: Şagirdlər onlayn ingilis dili testində iştirak etməyə dəvət olunurlar.

 

3-cü tur: Bu yarımfinal turu noyabr ayında başlayacaq və müsahibə, daha 3 inşa sualı, tam müraciət formu və hərtərəfli ingilis dili testindən ibarət olacaqdır. Bu mərhələyə keçən şagirdlərə Amerika Beynəlxalq Təhsil Şurası ofisi dəvət göndərəcəkdir.

 

Uyğunluq tələbləri

 

Müsabiqədə iştirak edən şagirdlər aşağıdakı tələblərə cavab verməlidir:

 

📍15 fevral 2004 – 15 iyul 2007-ci il tarixləri arasında anadan olmalı.

Müraciət edən zaman 11-ci sinifdə oxumalı və ingilis dilini yaxşı və ya əla bilməlidir.

📍ABŞ-ın viza uyğunluğu tələblərinə cavab verməlidir.

📍Son 5 ildə ABŞ-da 3 aydan artıq qalmamalıdır.

📍Azərbaycan vətəndaşı olmalıdır.

 

Fiziki məhdudiyyətli şagirdləri də müsahibədə iştirak etməyə dəvət edirik. Hər il fiziki məhdudiyyətli şagirdlər ABŞ-da bu proqramda iştirak edirlər. Əvvəl görmə, eşitmə məhdudiyyətli və inkişaf pozğunluğu olan şagirdlər FLEX proqramında iştirak ediblər.

 

FLEX ABŞ Dövlət Departamentinin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən proqramıdır. Bu təqaüd proqramı iştirakçılara 1 təhsil ili ərzində Amerikalı ailədə yaşamaq və Amerikalı məktəbdə oxumaq şansını verir. FLEX proqramı təyin olunmuş əsas uyğunluq tələblərinə cavab verən bütün şagirdlər üçün açıqdır. Müraciət etmək üçün https://ais.americancouncils.org/flex səhifəsinə daxil olun.

 

Müraciət formu oktyabrın 15, 2021 qədər təqdim olunmalıdır.

1-ci tur təlimatı: https://www.instagram.com/tv/CTw_698j6vX/?utm_source=ig_web_copy_link

Online müraciət formu təlimatı: https://www.instagram.com/tv/CTxBYzsDMxq/?utm_source=ig_web_copy_link

 

Müraciət edin: https://ais.americancouncils.org/flex

 

Əlavə məlumat ücün [email protected] email ünvanına yazın.