“Qadın Üçün” Könüllü Ol!

0
350

“Qadın Üçün” təşəbbüs qrupunun məqsədi zorakılığa məruz qalan qadınların problemlərini sosial işçilər tərəfindən dəyərləndirib onlara təmannasız hüquqi və psixoloji dəstək vermək, qadın hüquqları ila bağlı maarifləndirmə işləri aparmaqdır. Belə ki, təşəbbüs qrupu olaraq bizlər daha çox insana çatmağa, dəstəyə ehtiyacı olan qadınların problemlərini həll etməyə, cəmiyyətdə qadına qarşı zorakılıqla bağlı həssaslığı artırmağa çalışmaqla yanaşı öz könüllü komandamızı formalaşdırıb onların həm yerli, həm də beynəlxalq təcrübə qazanmasına, təlimlərdə ödənişsiz iştirak edib özlərini inkişaf etdirməsinə vasitə olmaq istəyirik.
Qeyd edək ki, istəklərinə uyğun olaraq könüllülər komandamızın işlərinə qoşulub, hüquq, sosial iş kimi müxtəlif sahələrdə təcrübə qazana biləcək.
📌Qediyyat üçün: https://l24.im/UsYK0e
📌Qeydiyyat forması vasitəsi ilə seçilən könüllülərə komanda tərəfindən əlaqə saxlanaraq məlumat veriləcək.
⚠️Komandamıza qoşulmaq üçün qeydiyyatdan keçməyə tələsin