Məktəblilərin “Xəmsə” Milli intellektual oyununa yekun vuruldu

0
105

Sumqayıtda 44 günlük Vətən müharibəsinə həsr olunmuş məktəblilərin “Xəmsə” Milli intellektual oyununun qalibləri müəyyən olundu.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 04 oktyabr 2021-ci il tarixindən start götürən “Xəmsə” Milli intellektual oyununa yekun vuruldu. 6 mərhələ üzrə davam edən və şəhərin 32 orta ümumtəhsil müəssisələrini təmsil edən komandaların iştirak etdiyi bilik yarışında ümumilikdə 160 şagird bilik mübarizəsinə qoşulmuşlar.
Yarışın məqsədi Azərbaycanın şanlı tarixi olan 44 günlük Vətən müharibəsinin məktəblilər arasında geniş təbliği, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi, intellektual oyunlara marağın artırılması və sağlam elmi rəqabət mühitinin yaradılmasıdır.
4 zona üzrə 8 qrupda keçirilən bilik yarışının 14 oktyabr tarixində keçirilən final mərhələsində mübarizə aparan Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “HOST” komandası I, 23 saylı tam orta məktəbin “Zəfər” komandası II, 37 saylı orta məktəbin “ Dəmir yumruq” komandası III və 22 saylı orta məktəbin eyni adlı komandası IV yerlərə layiq görülmüşlər.
Qalib komandalar kubok, diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar.
Tədbir Gənc Müəllimlər Şurasının hazırladığı bədii-musiqili kompozisiya ilə davam etmişdir.

Tədbirdən olan digər şəkillərə bu linkdən baxa bilərsiniz:

https://we.tl/t-pTsS4vbEVS