Azərbaycan Karyera İnkişaf Forumu

0
636
“Azərbaycan Karyera İnkişaf Forumu” ilə gələcəyə hazır ol!
Müasir əmək bazarında olan yeniliklərdən xəbərdar olmaq, gələcəyin vəd etdiyi peşə və bacarıqlarla tanış olmaq və hazırki tələblərə cavab verən peşəkar kadrların yetişdirilməsi haqqında məlumatlı olmaq istəyənlər üçün Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək.
Fairmont Bakı, Alov Qüllələrində 8 dekabr tarixində keçirilən forumda bütün bunlar barədə ətraflı məlumatı Amerika Birləşmiş Ştatlarından olan Malka Edelman, Türkiyədən Murat Koç, İsraildən Tal Catran kimi tanınmış xarici spikerlərdən, Ruslan Mirzəliyev, Mehriban Nəzərova və digər yerli mütəxəssislərdən ala bilərsiniz.

Forum haqqında:

Peşəyönümü bütün yaş kateqoriyasına aid olan şəxslərin peşə seçiminə hazırlanması, təhsil, təlim, habelə karyeralarını idarə etməkdə (karyera planlaması) yardım edilməsi, onlarda peşəyə meyl və maraqların formalaşdırılması, əmək bazarının tələbləri nəzərə alınmaqla münasib peşəyə yiyələnməsi və məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən tədbirlər kompleksidir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən hədəf qruplarına peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi zamanı müasir çağırışlardan istifadə etmək, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi aktuallaşmışdır. Bu məqsədlə müxtəlif istiqamətərdə yerli və beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Karyera İnkişaf Forumu dəyişən əmək bazarı barədə məlumatlılığı artırmaq, gələcəyin vəd etdiyi peşə və bacarıqlarla tanış olmaq və əmək bazarının müvafiq tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün hadisələri qabaqlamaq məqsədilə təşkil edilir.

Forumda həm yerli, həm beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulub. Aktiv iştirakçılığa təşviq etmək, produktivliyin artırılması məqsədilə forum zamanı təqdimat çıxışları ilə birgə, vorkşoplar, müzakirələr, qrup işlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.Forum zamanı spikerlərlə iştirakçılar birgə əməkdaşlıq edərək, yerli vəziyyəti analiz edib, dünya təcrübəsindəki uğurlu rol modelləri nəzərdən keçirib, sonda gələcəyə yönəlik təklif, ideya və həllər toplusu formalaşdıracaq. Bu təkliflər konfransdan sonra növbəti addımlarda müvafiq dövlət qurumları, özəl müəssisələrlə bölüşüləcək.

Forum 8 dekabr tarixində Bakı şəhərində keçiriləcəkdir.İştirakçılıq 2 səviyyədə təşkil ediləcək: Peşəkarlar üçün Tələbələr üçün

Forumun məqsədi:

Peşəyönümü məsləhət xidmətinə niyə investisiya qoyulmalıdır?

Ölkədə peşəyönümü məsləhət xidmətinin mərkəzləşdirilməsinin vacibliyinin çatdırılması.

Əmək bazarının hazırki durumu və postpandemiya perspektivləri ilə bağlı məlumatlılığı artırmaq.

Dövlət, biznes və qeyri-hökumət sektorlarının nümayəndələri üçün ortaq müzakirə zəmini yaratmaq və onlar arasında koordinasiya və əməkdaşlığın qurulmasına dəstək.

Gələcəyin proqnoz olunan peşə və ixtisasları barədə məlumatlandırmaq.

Gələcəyin ən vacib bacarıqları və onlara yiyələnmək yollarını hədəf kütləsinə çatdırmaq.

Peşəyönümü məsləhət xidmətinin önəminin geniş auditoriyaya çatdırılması.

Pandemiya şəraitinin yaratdığı fürsət və imkanların analizini auditoriyaya çatdırmaq.

Forumun nəticələri

Dövlət – Özəl – Qeyri-hökumət sektorları nümayəndələri üçün ortaq müzakirə məkanı yaranacaq.

Dəyişən əmək bazarı barədə məlumatlılıq artacaq, konfrans müddətində paylaşılacaq təcrübələr, istiqamətlər və yeni yollar sayəsində bazarda daha hazırlıqlı mütəxəssislər yetişəcək.

Aktiv iştirakçılığa təşviq nəticəsində cəmiyyətin müxtəlif statuslu şəxslərinin mövcud vəziyyətin yaxşılaşdırılması ilə bağlı fikirləri, təklifləri və həlləri dinləniləcək və müvafiq dövlət qurumlarına təqdim ediləcək.

Cəmiyyətin qərar qəbulu prosesində iştirakını birbaşa təmin etmək fürsəti veriləcək.

Gələcəyin önəmli ixtisas və peşələri barədə məlumatlılıq artacaq.

Ölkə və dünyada olan uğurlu təcrübələr paylaşılacaq.

Spikerlər

Illustration

Coşqun Kərimov

Təlim və inkişaf mütəxəssisi, yazıçı

Illustration
Illustration

Xəqani Səfərov

HR Option şirkətinin direktoru

Illustration

Kamil Bayramlı

DMA-nın İdarə Heyəti sədrinin köməkçisi

Illustration

Könül Əliyeva

Azərsun Holdingin Kateqoriya və Marketinq direktoru

Illustration

Malka Edelman

Beynəlxalq sertifikasiyalı Karyera məsləhətçisi, Professor

Illustration

Mehriban Nəzərova

ATL Akademiyasının direktoru

Illustration

Murat Koç

Çağ Universiteti, Fərdi inkişaf və strateji idarəçilik eksperti

Illustration

Nərgiz Seyidzadə

Azərbaycan İnsan Resursları Assosiasiyası İB-nin həmtəsisçisi

Illustration

Nigar Arpadarai

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Illustration

Ruslan Mirzəliyev

DOST Agentliyinin İdarə heyətinin sədrinin müşaviri

Illustration


Tal Catran

Akselerator Guru & Beynəlxalq Spiker

Illustration

Tamerlan İsmayılov

Brandup şirkətinin təsisçisi

=====

Forumun gündəliyi

Forum çərçivəsində 1 konfrans və 5 vorkşop keçiriləcəkdir.Tədbirin gündəliyi ilə aşağıda tanış ola bilərsiniz.

  • 8dekabr Konfrans

    Konfrans “Nizami Gəncəvi I & II” otağıFairmont Bakı, Alov Qüllələri

    09:00 – 18:00

  • 8 dekabr

    Bəs potensial bizi hara aparır? / Hobbilərin Karyeraya təsiri

    Vorkşop № 1

    “Nizami Gəncəvi III” otağıFairmont Bakı, Alov Qüllələri

    14:00 – 18:00

  • 8 dekabr

    Böyük şirkətlərə aparan karyera yolu / İnnovasiya və startapların karyeramıza təsiri

    Vorkşop № 2

    “Üzeyi Hacıbəyov I” otağıFairmont Bakı, Alov Qüllələri

    14:00 – 18:00

  • 8 dekabr

    Bazar dəyərini necə artırmalı? / Şəbəkənin gücü

    Vorkşop № 3

    “Üzeyi Hacıbəyov II” otağıFairmont Bakı, Alov Qüllələri

    14:00 – 18:00

  • 8 dekabr

    Uğura aparan karyera yolu / Dövlətin yaratdığı fürsətlər

    Vorkşop № 4

    “Səttar Bəhlulzadə” otağıFairmont Bakı, Alov Qüllələri

    14:00 – 18:00

  • 8 dekabr

    Qərarvermə / Tələbə üçün şəxsi brendinq

    Vorkşop № 5

    “İmadəddin Nəsimi” otağıFairmont Bakı, Alov Qüllələri

    14:00 – 18:00

Qeydiyyat (daxil olun)

Son müraciət tarixi: 30 noyabr 2021-ci il, saat 23:59-dək

İştirak Ödənişsizdir!