İdarəçilik üzrə əmək haqqılı təcrübə proqramı

0
1061

“Azerbaijan School of Diplomacy” idarəçilik üzrə əmək haqqılı təcrübə
proqramı elan edir.

İqtisadiyyat, Politologiya, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Menecment,
Sosial İş və əlaqəli sahələrdə geniş təcrübə qazanmaq istəyən tələbələrin və yeni
məzunların nəzərinə! ADM 3 aylıq təcrübə proqramı elan edir!

ÜMUMİ MƏLUMAT:
Gənclər təhsil sahəsində keçirdiyi layihələrlə geniş auditoriyanı əhatə edən
Azərbaycan Diplomatiya Mərkəzinin beynəlxalq münasibətlər, xaricdə təhsil,
layihələrin idarə olunması, vətəndaş problemlərinin həlli və bu kimi digər
şöbələrində adı çəkilən sahələr üzrə peşəkar karyera qurmaq üçün ilk addımlarını
atacaqlar.
Belə ki, bu proqram əsasında siz aylıq əmək haqqı almaqla yanaşı həftədə bir dəfə
yerli və xarici professor heyətinin treninqlərinə qoşularaq idarəetmənin əsas
prinsiplərini, o cümlədən incəlikləri ilə yaxından tanış olacaqsınız. Təcrübə
proqramı 3 ay davam edəcək.
Həftənin 5 günü iş prosesi (xidmət haqqı ilə);
Həftə sonları treninqlər;
Ən sonda dünyanın 80-dən çox ölkəsində tanınan beynəlxalq sertifikat ilə təmin
olunacaqsınız.
Xüsusi bacarıqlarını sərgiləyən əməkdaşlar Türkiyədə 2 həftəlik təcrübə
proqramına göndəriləcəklər.

TƏLƏBLƏR:

 İqtisadiyyat, Menecment, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Sosial

İş və əlaqəli ixtisaslarda təhsil alan II, III, IV kurs və ya magistr tələbələri və

ya yeni məzun;

 18-30 yaş aralığı;

 Səlis Azərbaycan dili;

 Xarici dil bilikləri: Rus və ya İngilis dili (arzuolunandır);

 Öyrənməyə həvəsli, detallara diqqətli, punktual və məsuliyyətli, gülərüz və

çevik;

 Həvəsli, bacarıqlı və tələbkar;

 Komandada işləmək bacarığı;

 MS Office baza bilikləri;

 3 aylıq könüllülük və ya iş fəaliyyəti

TƏCRÜBƏ PROQRAMI SİZƏ NƏ QAZANDIRACAQ:

 Sonda referans məktubu (yalnız nümunəvi əməkdaşlara) ;

 2 aylıq təmənnasız ingilis dili paketi;

 Sonda beynəlxalq sertifikat;

 Təcrübə proqramında yüksək qiymətləndirilən şəxslər Türkiyənin tanınmış

universitet və ya araşdırma mərkəzlərindən birində 14 günlük iş təcrübəsi

əldə etmə şansı qazanacaq.

 Bu vakansiya üzrə rəsmi olaraq işə qəbul edilən əməkdaşlar beynəlxalq

sertifikasiya proqramından keçir və sonda imtahan vermələri tələb olunur.

Qiyməti Azərbaycanda 450-600 AZN dəyərində olan, 2 həftəlik 6 dərsi

əhatə edən və professional bacarıqların inkişafına yönələn bu proqramın

ödənişi Mərkəz tərəfindən qarşılanır və əməkdaşlarımız üçün tamamilə

ödənişsiz həyata keçirilir, işçi heyəti yalnız beynəlxalq sertifkat rüsumunu

178 AZN + ƏDV ödəyir. (Təcrübəyə qoşulan şəxs ödəyir) 

Təcrübəçilərə 3 aylıq müddət üçün ayrılan xidmət haqqı ümumilikdə 800-1000

AZN təşkil edir.

Son müraciət tarixi: 30 Dekabr

ƏLAQƏ ÜÇÜN:

E-mail : [email protected]

Əlaqə nömrəsi : +994 50 800 11 13

Ünvan : Bakı şəh., Səbail ray., Nizami küçəsi 64