Mərkəz Direktor vəzifəsi üzrə vakansiya elan edir

0
265

Azərbaycan Diplomatiya Mərkəzi Direktor vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

– Yaş həddi 25-35 yaş arası olmalı;

– İqtisadiyyat və idarəetmə, biznes və marketinq, idarəetmə sahəsində ali təhsilli olmalı;

– Minimum 3 il (iki il rəhbər vəzifədə olmaq şərti ilə) iş təcrübəsi olmalı;

– Seçim zamanı müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük verilir;

– İdarəçilik prinsiplərini yaxşı bilməli, ünsiyyətə yönümlü olmalıdır;

– Güclü liderlik keyfiyyətinə sahib olmalıdır;

– Kollektivlə işləmək və kollektivi idarə etmək bacarıqlarına malik olmalı;

– Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməlidir;

– Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;

– Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;

– İşgüzar ünsiyyət və danışıqlar aparmağı bacarmalı;

– Ezamiyyətlərə getmək imkanına malik olmalıdır;

– Nitq danışığı və nitq mədəniyyəti;

– Təşkilatçılıq qabiliyyəti;

– İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olma və təşəbbüskarlıq qabiliyyəti;

– Azərbaycan dilini sərbəst və səlist, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir;

– Komputer biliyi: MS Office proqramları

Vəzifələr:

– Mərkəzin iş prinsiplərinə uyğun olaraq, struktur bölmələrin işini təşkil etmək;

– İşin icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin

etmək;

– Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti

həyata keçirmək;

– Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən

etmək, onları qiymətləndirmək;

– Mərkəzin qısamüddətli və uzunmüddətli fəaliyyət planlamalarını hazırlamaq və həyata

keçirilməsini təmin etmək;

– Mərkəz üçün yarana bilən riskləri və ya imkanlarını müəyyən etmək;

– Müəssisənin korporativ mədəniyyət kodeksinin tələblərinin yerinə yetirilməsini təmin

etmək;

– Səmərəliliyin artırılması məqsədilə ilə yeni təkliflər vermək;

– Mərkəzin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək,

onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların

yerinə yetirilməsini təmin etmək;

– İşçilərin vəzifələrinin keyfiyyətli və vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;

İşçi komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin

bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;

– Struktur bölmənin işçilərinin işinin qiymətləndirilməsini aparmaq;

– Mərkəzin idarə olunması ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarın verilməsi

prosesində iştirak etmək;

– Təlim və tədris, inkişaf mərkəzi üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və

təkmilləşdirilməsini həyata keçirmək;

– Yüksək səviyyəli təlimçilərin cəlb olunmasını təmin etmək;

– Tədbirlər planınını hazırlamaq;

– Mərkəzin iclas və müşavirələrində iştirak etmək;

– Mərkəzin idarə edilməsi haqqında daxili təlimatların hazırlanması, tətbiqi və icra

edilməsini təmin etmək;

– Mərkəzin fəaliyyətində qarşılıqlı əlaqənin qurulması və idarə edilməsini həyata

keçirmək;

– Mərkəzin fəaliyyətinə nəzarət etmək, hədəfə çatmaq üçün analizlərin aparmaq və

hesabatların vermək;

İş şəraiti:

İş rejimi 6 günlükdür;

İstirahət vaxtları bazar günləri və bayram günləri sayılır;

Ə/h: 4000 AZN

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına 10 Dekabr tarixinədək e-mailin mövzu hissəsində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.