Bazardüzü zirvəsinin fatehləri – Sumqayıtda Sənədli Film Nümayişi və İlkin Dağçılıq Təlimi!

0
580

Əziz səyahətsevərlər və macərapərəstlər!

Sizi *Bazardüzü zirvəsinin fatehləri* ilə görüşə, yürüşdən hazırlanmış sənədli filmi izləməyə və ilkin dağçılıq təlimatlandırılmasına dəvət edirik.

Qonaqlarımız Azərbaycanın məşhur alpinistlərindən, Dövlət Turizm Agentliyinin Şəki-Zaqatala regionundakı yeganə peşəkar dağ bələdçiləri Müşfiq Səmədli və Fərid Mustafayevdir. İlk öncə qonaqlar tərəfindən hazırlanan “BAZARDÜZÜ – Azərbaycanın zirvəsi” filmi təqdim olunacaq, daha sonra “İlkin dağçılıq” təlimatlandırılması baş tutacaq və “Bazardüzü zirvəsi”nə qalxarkən çəkdikləri çətinliklərdən danışacaq, yaşadıqları təəssüratları bölüşəcəklər.

 

Tarix: 23.01.2022 (Bazar günü)

Saat: 15:00

Məkan: Sumqayıt Heydər Əliyev mərkəzi (Sumqayıt Heydər Parkı)

Giriş sərbəst və ödənişsizdir! Hamınızı görməyə şad olarıq. 😊

Filmin treyleri: