İş axtaranların nəzərinə! Dövlət Məşğulluq Agentliyinin bütün Faydalı Layihələrində iştirak etmək şansı!

0
859

Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Dövlət Məşğulluq Agentliyinin icra etdiyi layihələrə müraciət etməzdən öncə Məşğulluq Alt Sistemində işaxtaran və ya işsiz kimi qeydiyyata alınmaq lazımdır. Ətraflı məlumat:

https://www.dma.gov.az/fealiyyet/fealiyyet/fealiyyet-istiqametleri/isaxtaran-ve-issiz-kimi-qeydiyyata-alinma-qeydiyyatdan-muveqqeti-cixarilma-ve-qeydiyyatin-legvinin-teskili

Xüsusi qeyd:

Özünüməşğulluq proqramı çərçivəsində icra edilən bütün layihələrə müraciət edən vətəndaşlar Azərbaycan Respublikasının Məşğulluq haqqında qanununun 24-cü maddəsinin 1.4-cü bəndinə müvafiq olaraq özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi proseslərində iştirak etməlidir.

 

Layihələri:

1)ƏƏSMN-nin Özünüməşğulluq Proqramı

2)Məşğulluğa Dəstək Layihəsi – Dünya Bankı

3)”Gənclərin Dayanıqlı Məşğulluğu” Proqramı

4)Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı – PROGRO

5)Sosial Bağlar – 2021

6)İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü – Coursera

7)“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi

8)Səyyar Kofe Evləri

 

Ətraflı məlumat və iştirak üçün link!