“Gələcəyə doğru addım” layihəsinə qeydiyyat davam edir

0
329

Dəyərli dostlar,

“Sağlam gəncliyə gedən yol təhsildən keçir” deyərək abituriyentlər üçün nəzərdə tutulmuş layihəmizlə yenidən qarşınızdayıq.😍

ixtisas.az və Simurq Təhsil Fondunun əməkdaşlığı çərçivəsində həyata keçiriləcək “Gələcəyə doğru addım” layihəsini sizlərə təqdim edirik!

Yalnız bir gün baş tutacaq olan layihənin əsas məqsədi abituriyentlərə düzgün ixtisas seçimi və karyera planlaması ilə bağlı məsləhətlər vermək, həmçinin onlara produktiv abituriyentlik keçirməklərində dəstək olmaqdır.

Vebinar çərçivəsində:
• Produktiv abituriyentlik;
• Bir abituriyentin karyera yolu;
• Abituriyentlərin kabusu – stress mövzularından bəhs olunacaq.

✅ Qeyd: Onlayn formatda baş tutacaq forum, əsasən, şəhid və qazi övladları (həmçinin onların I dərəcəli yaxınları) üçün nəzərdə tutulmuşdur. Lakin digər abituriyent və şagirdlərin də layihədə iştirakı mümkündür. Layihə tamamilə ödənişsizdir.

📅 Layihənin keçirilmə tarixi: 27 fevral; saat 16:00.

⏰ Qeydiyyatdan keçmək üçün son tarix: 26 fevral, saat 23:59.

Qeydiyyat linki:

https://forms.gle/LsX3cQRMeQrqfvDG6