ABŞ-da Təcrübə Proqramı! – Bütün xərclər qarşılanılır!

0
1236

❗ Nəhayət, Peşəkar İxtisasartırma Proqramı elan edildi ❗

❗ Diqqət! ABŞ-da Təcrübə Proqramımız var!

❗ Qarşılayın: Beynəlxalq Təhsil üzrə Amerika Şurası Peşəkar İxtisasartırma Proqramına (PFP) 2022-ci il üçün müraciətlərin qəbuluna start verdi!

✅ Dövlət sektorunda və ya hər hansı QHT-də işləyirsiz?
✅ 25-35 yaşınız var?
✅ Ən azı bakalavr təhsiliniz və 2 illik iş təcrübəniz var?
✅ İngilis dilini də bilirsiz?
✅ Müvafiq sahədə təcrübəniz var və dövlət və ya QHT sektorunda iş fəaliyyətinizi davam etdirmək niyyətindəsiz?

Elə isə bu proqrama ən uyğun namizədlərdən biri də məhz sizsiniz!

ℹ PFP proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilir. Bu proqramın iştirakçıları ştatların qanunverici və icraedici orqanlarında, bələdiyyələrdə və qeyri-hökumət təşkilatlarında 5-6 həftəlik təcrübə keçmək imkanı ilə təmin edilirlər. İştirakçılar hökumət orqanlarının gündəlik fəaliyyəti ilə tanış olur və Amerika Mədəniyyətini öyrənmək üçün Amerika ailəsində yaşayırlar. Proqramdaxili gediş-gəliş səyahət və yaşayış xərcləri təqaüd proqramı tərəfindən təmin olunur 🆓

📮 Bəs necə müraciət etmək lazım olduğunu bilmirsiz? Sadəcə, https://ais.americancouncils.org/pfp saytına daxil olaraq onlayn ərizə formasını doldurmağınız kifayətdir!

ℹ Ətraflı məlumat üçün:
☎️ Telefon: 012 436 75 29/30
✅ WhatsApp: 070 557 9107 (only messaging)
📧 E-poçt: [email protected]

Amerika Şurasının vebsaytına daxil ola:
📥 https://azerbaijan.americancouncils.org/,
və ya Facebook səhifəsindən faydalana bilərsiz:
📥 https://bit.ly/37OxBEW

⏳ Müraciət üçün son tarix 28 mart 2022-ci ildir!

#Professional #Fellows #Profellows #PFP