7 aprel Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş “Ana bətnindən başlayan sağlamlıq” mövzusunda vebinar!

0
114

6 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə 7 aprel Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş “Ana bətnindən başlayan sağlamlıq” mövzusunda vebinar keçiriləcək.

Vebinarda sağlam hamiləliyin təşkil edilməsi üçün hamilə qadınların bilməli olduqları vacib məqamlar barədə Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən hazırlanmış məruzələr dinləniləcək, eləcə də vebinar iştirakçılarının sualları cavablandırılacaq.

Proqramla tanış olmaq üçün link:
https://customshospital.az/7-aprel-umumdunya-saglamliq-gunune-hesr-edilmis-ana-betninden-baslayan-saglamliq/#gsc.tab=0

Qeydiyyatdan keçmək üçün link:
https://us06web.zoom.us/webinar/register/WN_H4y-lGe8SWSplrqxdHrLuw

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat veriləcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Vebinarda iştirak ödənişsizdir. Hərkəs iştirak üçün dəvətlidir!