ESL Teachers Development lahiyəsinin bağlanış mərasimi keçirilib

0
90

ESL Teachers Development lahiyəsinin bağlanış mərasimi keçirilib.

”Capacity-building of ESL teachers from vulnerable communities” adlı layihə ilə Amerika səfirliyinin ingilis dili proqramı çərçivəsində həyata keçirilən müsabiqənin qalibi olmuşdur.5 ay davam edən layihə ərzində Masallı, Lənkəran, Astara, Yardımlı və Lerikdə çalışan orta məktəb ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş təlimlər keçirilmişdir.Layihəni uğurla tamamlayan müəllimlər sertifikatla təltif olunmuş, mükəmməl dərs planı və açıq dərslər təqdim edən müəllinlər isə beynəlxalq dərəcəli sertifikat imtahanına giriş bileti ilə mükafatlandırılmışlar. Tədbirdə Amerika səfirliyinin nümayəndələri – İngilis dili üzrə regional müşavir Lottie Baker, ictimai əlaqələr üzrə köməkçi Agne Kaufman və İngilis dili layihələri üzrə koordinator Sabina Abdullayeva iştirak etmişlər.

 

Qeyd edək ki, layihə MİL Şəbəkəsi daxilində MİL Təhsil İşçi Qrupu tərəfindən işlənib hazırlanmışdır.