Tədbirlər: “Mədəni yenilənmə” layihəsi – Film nümayişi, görüş, müzakirələr…

0
97

Məşhur və sevilən aktyorların silsilə yaradıcılıq gecələri, monotamaşalar, kitab təqdimatları, kiçik konsertlər, aktyorluq və rejissorluq üzrə ustad dərsləri 📌

“Mədəni yenilənmə” layihəsinin bu dəfəki qonağı Rusiya Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin “Bədii quruluş” proqramının kuratoru Əddis Hacıyevdir. Tədbir çərçivəsində Əddis Hacıyevin “İdrak” adlı qısametrajlı filmi nümayiş olunacaq. Film, 2021-ci ildə Türkiyədə keçirilən “Efeler Uluslararası Çevre Film Günleri” festivalında Aydın bələdiyyə başqanının mükafatını qazanmışdır.

Nümayişdən sonra Avropa, Rusiya və Azərbaycanda kino istehsalının xüsusiyyətlərinə dair müzakirələr aparılacaq.

⏰26 aprel, saat 19:00
📍YARAT Müasir İncəsənət Mərkəzi
◻️Tədbir rus və Azərbaycan dillərində keçiriləcək
◻️Giriş ödənişsizdir

Həmçinin layihə çərçivəsində təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəz-zadə ilə kreativ sənayelərin inkişafına dair panel müzakirə keçiriləcək. Y.Çərkəz-zadə, yaradıcı sənayelər sahəsində aparıcı təhsil müəssisələrini – Britaniya Ali Dizayn Məktəbi, Scream Kompüter Texnologiyaları Məktəbi, Moskva Kino Məktəbi, Moskva Memarlıq Məktəbi MARŞ, Moskva Kommunikasiya Məktəbi MACS, Moskva Musiqi Məktəbi və digər layihələri özündə birləşdirən Universal Universitetinin direktorudur.

⏰27 aprel, saat 19:00
📍YARAT Müasir İncəsənət Mərkəzi
◻️Tədbir rus və Azərbaycan dillərində keçiriləcək
◻️Giriş ödənişsizdir