Gənclər və İdman Nazirliyində yeni VAKANSİYALAR: Sumqayıt və Bakıda idman obyektlərinə rəhbərlər axtarır!

0
1147

Gənclər və İdman Nazirliyi aşağıda adları qeyd edilən təsərrüfat hesablı idman obyektlərinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:

1. “Sumqayıt Olimpiya İdman Kompleksi” MMC-nin direktoru (Sumqayıt şəhəri)

2. “Pirşağı-Kürdəxanı İdman zalı” MMC-nin direktoru (Bakı şəhəri, Pirşağı qəsəbəsi)

 

Qeyd edilən vəzifələrə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

– Ali təhsil

– Minimum 6 il iş stajı

– Yaş həddi: 55 yaşadək

Qeyd: İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

 

Təqdim ediləcək sənədlər:

– Linkdə (bit.ly/36pHHjZ) verilmiş CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir)

– Şəxsiyyət vəsiqəsinin surəti

– Ali təhsil haqqında diplomun surəti

 

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Elektron poçt ünvanına müraciət daxil olduqdan sonra müraciətinizin çatması barədə təsdiq emaili göndəriləcək.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 11 may 2022-ci il, saat 12:00-dək

Əlavə məlumat üçün telefon: (012) 465-65-72

#Gənclərİdman #vakansiya #ishvar