10 şəhərdə “Peşələr Festivalı” baş tutacaq! – Təqdimatlar, Peşə vorkşopları, Limitsiz əyləncə…

0
607

Öyrən, Əylən, Peşəni seç!

15 may 2022 – 2 iyun 2022

Peşələr Festivalı 10 şəhərdə baş tutacaq. Şəhər siyahısı ilə aşağıdan tanış ola bilərsiniz. 

Festivalda iştirak ödənişsiz və qeydiyyatsızdır! 

Festival haqqında:

“Peşələr festivalı” düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaradan bir layihədir. Festivalda bütün yaş qruplarından olan şəxslər iştirak edərək müvafiq peşələr haqqında məlumat ala bilər.
Layihənin əsas məqsədi Azərbaycanın 10 bölgəsində 10 peşə haqqında maarifləndirici tədbirlər həyata keçirərək şəxslərə müvafiq peşələr və peşə sahibləri ilə daha yaxından tanış olmaqla peşə və ixtisas seçiminə dəstək göstərməkdir.

Peşə festivalında sizi nələr gözləyir?

Şən ab-hava, 10 peşə haqqında təqdimat, vorkşoplar və daha nələr – nələr!

Festivalın cədvəli:

Peşələr festivalı 10 müxtəlif rayon və şəhərdə baş tutacaq.

Heading photo

15 may 2022

Saat: 16:00 – 20:00

Peşələr festivalı 15 may saat 16:00-da Şamaxı şəhərində keçiriləcək
Ünvan: Şamaxı şəhəri, Heydər Əliyev prospekti 1Məkan: Şamaxı Gənclər Parkı

Heading photo

17 may 2022

Saat: 16:00 – 20:00

Peşələr festivalı 17 may saat 16:00-da Sumqayıt şəhərində keçiriləcək
Ünvan: Sumqayıt şəhəri, Bulvar, Bina 71cMəkan: Göyərçin Parkının arxası

Heading photo

19 may 2022

Saat: 16:00 – 20:00

Peşələr festivalı 19 may saat 16:00-da Lənkəran şəhərində keçiriləcək
Ünvan: Lənkəran şəhəri, Məmməd Əmin Rəsulzadə 42Məkan: Heydər Əliyev Parkı

Ətraflı

Heading photo

21 may 2022

Saat: 16:00 – 20:00

Peşələr festivalı 21 may saat 16:00-da Şirvan şəhərində keçiriləcək
Ünvan: Şirvan şəhəri, Məhəmməd Füzuli ParkıMəkan: Məhəmməd Füzuli Parkı

Heading photo

23 may 2022

Saat: 16:00 – 20:00

Peşələr festivalı 23 may saat 16:00-da Bakı şəhərində keçiriləcək
Ünvan: Bakı şəhəri, Füzuli küçəsi 47Məkan: Qış Parkı

Heading photo

25 may 2022

Saat: 16:00 – 20:00

Peşələr festivalı 25 may saat 16:00-da Şəki şəhərində keçiriləcək
Ünvan: Şəki şəhəri, Mirzə Fətəli Axundov 4 Məkan: Bəxtiyar Vahabzadə Parkının qarşısı

Heading photo

27 may 2022

Saat: 16:00 – 20:00

Peşələr festivalı 27 may saat 16:00-da Mingəçevir şəhərində keçiriləcək
Ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 57Məkan: Heydər Əliyev Parkının qarşısı

Heading photo

30 may 2022

Saat: 16:00 – 20:00

Peşələr festivalı 30 may saat 16:00-da Bərdə şəhərində keçiriləcək
Ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 82Məkan: Bərdə Rayon İcra Hakimiyyətinin qarşısı

Heading photo

1 iyun 2022

Saat: 16:00 – 20:00

Peşələr festivalı 1 iyun saat 16:00-da Gəncə şəhərində keçiriləcək
Ünvan: Gəncə şəhəri, Şah İsmayıl Xətai 153 Məkan: Gəncə Şəhər Meydanı

Heading photo
2 iyun 2022
Saat: 16:00 – 20:00
Peşələr festivalı 2 iyun saat 16:00-da Qazax şəhərində keçiriləcək
Ünvan: Qazax şəhəri, Gənclər Evinin qarşısı
Məkan: Heydər Əliyev Parkı
⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️
👇Festival kimlər üçündür?
Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər
Tələbələr
Valideynlər
İşaxtaran və işsiz şəxslər
✔️ ✔️✔️✔️✔️✔️✔️✔️✔️
👇Niyə bu aktualdır?
Peşələr Festivalı aktualdır çünki…
Ümumtəhsil məktəblərini orta hesabla yüz minə yaxın şagird bitirir ki, onların bir qismi ali təhsil müəssisələrinə, digər hissəsi orta ixtisas və ilkin peşə hazırlığı müəssisələrinə daxil olur. Lakin məktəbi bitirmiş gənclərin müəyyən bir hissəsi, əsasən də regionlarda hər-hansı təhsilə, o cümlədən peşə təhsilinə və ya kadr hazırlığına cəlb olunmadan əmək bazarına çıxır. Bu zaman onların müxtəlif peşələr üzrə bilik və bacarıqların formalaşdırılması əsasən qeyri-formal şəkildə həyata keçirilir.
Bununla əlaqədar orta məktəbdən başlayaraq gənclərin yaradıcı əməyə hazırlanması, onlar arasında peşə və ixtisaslara meyillərinin formalaşmasına xidmət edən peşəyönümü işinin düzgün təşkilinə xüsusi ehtiyac vardır.
Festival hər kəs üçündür!
“Peşələr Festivalı” müxtəlif yaş qruplarına daxil olan vətəndaşların peşələr üzrə agahlıq səviyyəsini yüksəltmək məqsədilə təşkil olunmuş maarifləndirici tədbirdir. Tədbirdə iştirak edəcək şəxslər peşə sahiblərindən müvafiq sahələr üzrə ətraflı məlumat alacaq və yerində karyera məsləhət xidmətindən faydalana biləcəklər.
“Öyrən, əylən, peşəni seç” şüarı ilə yola çıxan layihəmiz iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmağa da kömək edəcəkdir. Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmiş olacaqlar.
✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
10 PEŞƏ SAHİBİ İLƏ
Təqdimatlar
Hər peşə sahibi öz peşəsi haqqında açıq havada təqdimatlar keçirəcək və sizə yeni peşələr barədə bilik əldə etməyə imkan yaradacaq.
✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
10 PEŞƏ ÜZRƏ MARAQLI
Peşə vorkşopları
10 peşə sahibi sizi öz peşəsi ilə tanış edəcək, peşəsi barədə sizə təqdimat edəcək. Həmçinin praktiki vorkşoplarda özünüzü sınaya biləcəksiniz
✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
LİMİTSİZ Əyləncə
Müxtəlif şoumen, animator, DJ və musiqiçilər festivala hal əhval qatacaq. Unudulmaz anlar sizi gözləyir