Turizm nümayəndələri üçün cənub bölgəsinin aqro-turizm məntəqələrinə İNFOTUR!

0
503

TURİZM ŞİRKƏTLƏRİ ÜÇÜN ELAN

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərini Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) aqro-turizm məntəqələrinə səfərə dəvət edir. Turizm şirkətlərinin nümayəndələri tur çərçivəsində bu rayonlardakı 8 yerli turzim məkanına səfər edəcəklər. Proqram üzrə 20 may 2022-ci il tarixdə Bakıdan yola düşəcəklər, 20-si və 21-i mayda gecə Lənkəran Lux Oteldə gecələyib, 22 may tarixində Bakıya qayıtmaq planlaşdırılır. Bütün xərclər layihə vəsaiti hesabına ödənilir. Turda iştirak üçün 20 nəfərin seçilməsi nəzərdə tutulub.

EduOnline.Az-ın aldığı məlumata görə, səfərdə iştirak edəcək turizm şirkətləri yerli turizm məkanlarının potensialını öyrənib və həmin məntəqələri mövcud tur proqramlara daxil etmək və ya yeni tur proqramları hazırlamaq imkanı əldə edəcəklər.
Maraq göstərən turizm şirkətləri 18 may saat 24.00-dək [email protected] e-mail-nə müraciət etmələri xahiş olunur. Müraciətdə işlədiyiniz, yaxud əməkdaşlıq etdiyiniz turizm şirkətin adını, şirkət haqqında qısa məlumat və iştirak edəcək şəxsin məlumatlarını (ad, soyad, tel, email) qeyd etməyiniz rica edilir.
Əlavə məlumat üçün əlaqə nömrəsi (99412) 492 57 26; 0552136700 – Şahin Nəsrullayev

Bu tur Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu Avropa İttifaqnın maliyyə dəstəyi ilə icra etdiyi “AgriVision” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı təkrarlana bilən aqrar turizm / ekoturizmin inkişaf mexanizmini yaratmaq və sınaqdan keçirməkdir