Bakıda “True Colors Festival”ı keçiriləcək

0
531
Bakıda Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinə həsr edirlmiş “True Colors Festival” keçiriləcəkdir.
Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası, Yaponiyanın Azərbaycandakı səfirliyi, “The Nippon Foundation”un birgə təşkilatçılığı ilə 24-25 iyun 2022-ci il tarixlərində Dənizkanarı bulvar ərazisində Azərbaycan və Yaponiyadan olan əlilliyi olan istedadlı şəxslərin iştirakı ilə baş tutacaq festivalda konsert, rəqs, teatr tamaşaları nümayiş etdiriləcək.
“True Colors Festival” 2006-cı ildən etibarən dünyanın müxtəlif ölkələrində keçirilir, 30-dan çox ölkədən 1200-dən çox sənətçi, 40-dan çox ölkədə qlobal auditoriyanı əhatə edir. Hər birinizi bizim dünyamıza səyahət etməyə, böyük ailəmizin üzvü olamağa, iki gün davam edəcək möhtəşəm tədbirimizdən həzz almağa dəvət edirik!
Məkan: Bakı şəhəri, Dənizkanarı bulvar (kukla teatrının arxası)
Tarix və saat: 24-25 iyun 2022-ci il, saat 21:00-dan 23:00-dək.