Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi Kitabı

0
390

Bələdçi Kitabı

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində müstəqil yerli ekspertlər Günay Rzazadə və Şəbnəm Nuriyeva tərəfindən “Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı” hazırlanıb.

Bələdçi kitabı fermerlərin aqro/ekoturizm fəaliyyətinə başlamasına və ya onu inkişaf etdirməsinə kömək etmək üçün başlanğıc nöqtəsi kimi çıxış edəcək, həmçinin turizmin bu növünün təsərrüfat və icma arasındakı əlaqəni necə gücləndirə biləcəyini daha yaxşı anlamağa yardım edəcəkdir.

Vəsait hazırlanarkən digər ölkələrdə həyata keçirilən aqrar turizm təcrübələri yerli şəraitə uyğunlaşdırılıb, Azərbaycanda aqroturizm perspektivləri və nümunəvi təcrübələr qeyd olunmuşdur. Bununla yanaşı, Turizm Destinasiya Konsorsiumu, marketinq planı, Azərbaycanda aqro/ekoturizm xidmət təminatçıları üçün maliyyə mənbələri və biznes planın tərtib edilməsi kimi aqroturizmlə maraqlananlar üçün önəmli hesab etdiyimiz mövzular da bələdçi kitabına əlavə edilib. Vəsait həmçinin kənd təsərrüfatı fəaliyyəti ilə bağlı uğur hekayəsinin yaradılması üçün əsas biliklərin təmin edilməsində önəmli rol oynayır.

Vəsaitin 200 ədəd çap olunması və aqrar turizm maraqlı tərəfləri ilə paylaşılması nəzərdə tutulur. Maraqlanan şəxslər Avrasiya Əməkdaşlıq Fondu ilə əlaqə saxlaya bilərlər.

Kitabı elektron formada əldə etmək üçün linkə daxil ola bilərsiniz:

Bələdçi Kitabı