Beynəlxalq film festivalında bu filmlərə ÖDƏNİŞSİZ baxa bilərsiniz (Bakı, Lənkaran və Şəkidə!)

0
574
SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalından seçmələr: nümayişlərin tarix və məkanları:
Proqramın bir parçası olan “Festivallardan seçmələr”ə (“Best of Fests”) daxil olan son illərin ən məşhur, nüfuzlu festivallardan mükafatlar qazanmış sənədli filmlərinin posterləri və məlumatları ilə tanış olaq!
Film nümayişlərinə qatılmaq ödənişsizdir.
▪ Filmlər orijinal dildə, Azərbaycan və ingilis dilində altyazılarla nümayiş olunacaq.
▪ İştirak üçün COVID-19-a qarşı vaksinasiya və ya immunitet sertifikatı vacibdir.
__
Dördüncü divar – 10 dəq., Mahboobeh Kalaee – İran
Mahboobeh Kalaee 1992-ci ildə Qum şəhərində doğulub. Tehran İncəsənət Kollecində Sənaye Dizaynı üzrə bakalavr dərəcəsi alıb (2015). Tehran İncəsənət Universitetinin Kino fakultəsində Animasiya üzrə təhsil alıb (2020). O yazıçı, illüstrator, qrafik dizayner, 2D animator və bir neçə qısa və eksperimental animasiyaların müəllifidir. Əsas maraq dairəsi hibrid formalar və eksperimental kinematik forma yaratmaq üçün insanların həyat təcrübələrinin öyrənilməsidir.
“Dördüncü Divar” universitetdən sonra 2021-ci ilin fevralında bitirdiyi ilk peşəkar filmidir.
▪ Sinopsis: Ev və ailə, münasibətlər, arzular, xəyallar, hər şey bir mətbəxdə ümumiləşdirilir. Təxəyyülü ilə oynayan kəkələyən oğlan isə orada təkdir.
📍 14 avqust, 17:30, Şəki, Old Town Hotel&Restaurant
📍 15 avqust, 20:00, Bakı, Landmark
📍 19 avqust, 18:15, Lənkəran, TOR, O biri otaq
__
Ailənin rentgenoqramı – 81 dəq., Firuzeh Khosrovani – İran, Norveç, İsveçrə
Tehranda anadan olan Firuzeh Xosrovani Accademia di Belle Arti di Brerada incəsənət təhsili almaq üçün İtaliyada məskunlaşır. 2002-ci ildə təhsilini başa vurduqdan sonra İrana qayıdıb və Jurnalistika üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Bam şəhərinin dağıdıcı zəlzələdən sonra travma almış uşaqları üçün nəzərdə tutulan “oyun” terapiyası haqqında sənədli filmlə 2004-cü ildə rejissor kimi il işinə imza atıb. 2010-cu ildə çəkdiyi “1001 İran” sənədli filmi kənardan görünən İran imici haqqındadır.
“Ailənin rentgenoqramı” çoxsaylı sənədli filmlərə imza atan müəllifin sonuncu filmidir.
▪ Sinopsis: Baş qəhərman İranın dünyəvilik və İslam ideologiyası arasında apardığı mübarizənin məhsuludur. Valideynlərinin məhəbbət hekayəsi onları Şah dövründən İslam İnqilabına, İran-İraq Müharibəsi zamanı çətinliklərdən bu günə qədər – Tehrandakı evlərinə aparır. Uşaqlıq həmişə valideynləri arasında seçim etməli olub; Hər gün bir tərəfdən məcburiyyətə, digər tərəfdən qəbullanmaya məruz qalıb.
📍 14 avqust, 20:00, Bakı, Salaam Cinema
__
Ölümünə boşanmaq – 80 dəq., Chloe Fairweather – Birləşmiş Krallıq, Norveç, Türkiyə, Almaniya
Chloe Fairweather müşahidə sənədli filmləri və mürəkkəb gerçək hekayələrin izahı üzrə ixtisaslaşan mükafatlı rejissordur. Uels əsilli kinorejissorun ilk filmi 2015-ci ildə The Grierson Best Newcomer Award üçün qısa siyahıya düşmüş və BAFTA mükafatına namizəd olmuşdur. Filmlərinin missiyası yaxından çəkilmiş hekayələrə unikal baxış sayəsində böyük problemlərin həllinə yönəlib. O, həmçinin Channel 4-ün Ən yaxşı rejissorlar proqramının məzunudur.
▪ Sinopsis: Hər üç türk qadından biri məişət zorakılığına məruz qalır. Qadın qətllərinin sayı isə artmaqdadır. Amma bəzi türk qadınları buna qarşı mübarizə aparır. Cəsarətli vəkil İpek Bozkurt zorakılıq edən kişiləri dəmir barmaqlıqlar arxasına qoyaraq qadına qarşı zorakılığa etiraz etməkdə qərarlıdır.
📍 14 avqust, 16:00, Bakı, Landmark
📍 20 avqust, 18:00, Şəki, Old Town Hotel&Restaurant
__
Bal ölkəsi – 85 dəq., Tamara Kotevska, Ljubomir Stefanov – Şimali Makedoniya
1993-ci ildə Prilep / Makedoniyada doğulan Tamara Kotevska Skopye Dramatik İncəsənət Fakültəsinin rejissorluq fakültəsini bitirib. Sərbəst film rejissoru kimi sənədli və bədii filmlərin çəkilişində 5 illik təcrübəyə sahibdir.
Ljubomir Stefanov 1975-ci ildə Makedoniyanın Skopye şəhərində doğulub. Ətraf mühit problemləri və insan inkişafı ilə bağlı kommunikasiya konsepsiyalarının və sənədli filmlərin hazırlanması, istehsalı sahəsində 20 ildən artıq təcrübəyə sahibdir.
▪ Sinopsis: Köçəri arıçılar ailəsi onun torpağını işğal edib dolanışığını üçün təhdidlər yaradanda Avropadakı sonuncu qadın arıçı arıları xilas etməli və Bal ölkəsində təbii tarazlığı qaytarmalıdır. Makedoniyada çəkilən bu film təbii ehtiyatlara və insan həyatına qarşı yanaşmamıza təsir edən, yerli xalqın müşahidə xarakterli vizual povestinin tədqiqidir.
📍 13 avqust, 18:30, Şəki, Old Town Hotel&Restaurant
📍 16 avqust, 19:30, Bakı, Landmark
📍 18 avqust, 17:30, Lənkəran, Dram Teatrı
__
Dəcəl uşaqlar – 93 dəq., Ahmet Necdet Cupur – Türkiyə, Fransa, Almaniya
Ahmet Necdet Çupur 1984-cü ildə Türkiyənin Hatay şəhərində, Suriya sərhədli kənddə doğulub. Mühəndislik təhsili almış Ahmet səyahətlərinin birində Ruminyada qısametrajlı bir film çəkir və rejissor olmağa qərar verir. Mühəndisliyi ataraq Parisə köçür. “Latın Babili” filmini bitirdikdən sonra ailəsi haqqında film çəkmək niyyəti ilə 20 ildir uzaq düşdüyü kəndinə geri dönür.
▪ Sinopsis: Türkiyənin cənub-şərqindəki kəndlərdən birində Mahmut yeni evləndiyi həyat yoldaşından boşanmaq istəyir. Eyni zamanda bacısı Zeynep qiyabi olaraq orta məktəbə yazılır və fabrikdə işə başlayır. O, atasının istəyinə zidd olaraq kəndi tərk etmək və universitetə daxil olmaq istəyir. Mahmut və Zeynəbin cəhdlərinə öyrəşməyən mühafizəkar ailə və cəmiyyətdə övladların tələbləri münaqişənin mərkəzinə çevrilir. İyirmi il əvvəl təhsilini davam etdirmək üçün kəndi tərk edən böyük qardaşları Ahmet Necdet Çupur tərəfindən yaxından qeydə alınan “Dəcəl uşaqlar” nəsillər arasında, keçmişlə indiki zaman arasında toqquşmaların hekayəsidir.
📍 13 avqust, 18:30, Lənkəran, Dram Teatrı
📍 17 avqust, 19:00, Bakı, Landmark
__
İstədiyim kimi – 88 dəq., Samaher Alqadi – Misir, Norveç, Fransa, Fələstin, Almaniya
Samaher Alqadi ərəb sənədli filmlərinin çəkilişində yeni yaranan səsdir. Onun filmləri Yaxın Şərqdə qadınların və dissident sənətçilərin inkişaf edən statusuna diqqət yetirir. İşğal altındakı İordan çayının qərb sahilindəki Jalazon qaçqın düşərgəsində böyüyən Samaher Misirin Ali Kino İnstitutunda kino rejissorluğu üzrə təhsil alıb. O, 2008-ci ildə Mübahisəli Cenin-Cenin filmini çəkən fələstinli aktyor və eyniadlı rejissor haqqında “Məhəmməd Bakri” sənədli filminin rejissoru və prodüseri olub.
Samaherin “Qəmalat” filmi əfsanəvi Şaabi müğənnisi və matriarxal Misirin simvolu Qamalat Şihanın qısametrajlı sənədli portretidir. Onun qısa sənədli filmi Raja3’een (2012) Fransada siyasi mübarizələrini Paris küçələrində və kafelərində davam etdirən suriyalı qaçqınların fotoşəkilidir.
▪ Sinopsis: Qahirə, 25 yanvar 2013-cü il: İnqilabın ikinci ildönümündə Təhrir meydanında cinsi qısnamalar partlayışa səbəb olur. Buna cavab olaraq qəzəbli qadınların kütləvi axını küçələri doldurur. Rejissor Samaher Alqadi qorunmaq üçün kamerasını götürür və hekayənin onu hara aparacağını bilmədən artan qadın üsyanını sənədləşdirməyə başlayır. Samaher çəkiliş zamanı hamilə qaldıqda Fələstində öz uşaqlığını xatırlayır və Yaxın Şərqdə qadın və ana olmağın nə demək olduğunu yenidən nəzərdən keçirməyə başlayır. Onu son dəfə görə bilməmiş, dünyasını dəyişən anası ilə xəyali söhbətə başlayır. Bu arada Misirdə mübarizə davam edir və Samaher oğlu dünyaya gəldikdən sonra belə hələ də özünü meydanda tapır.
📍 14 avqust, 17:30, Lənkəran, TOR, O biri otaq
📍 16 avqust, 17:00, Bakı, Landmark
__
Sincarın mələkləri – 113 dəqiqə, Hanna Polak – Polşa, Almaniya
Rejissor Hanna Polak “Leninqradski uşaqları” filmi ilə Oskar və Emmi mükafatları, eyni zamanda Amerika Prodüser Gildiyasının namizədlərindən biridir. Onun qəhrəmanları ilə emosional bağı ona insan ruhunun gücünü tərənnüm edən və ən çətin şəraitdə insanlığın gözəlliyini əks etdirən visseral, poetik filmlər çəkməyə imkan verir. Hannanın əsərləri Sundance, IDFA, True/False, FIPA daxil olmaqla dünya üzrə festivallarda nümayiş etdirilib və onlar HBO America, HBO Europe, Canal+, NHK, SVT, Yle, DR və başqa böyük televiziya şəbəkələrində nümayiş olunub.
▪ Sinopsis: Sincar, Şimali İraq, 2014: Gənc yezidi qadın Hənifə İraqın şimalındakı Sincar bölgəsində yezidi dini və etnik azlığa qarşı İŞİD-in hücumundan möcüzəvi şəkildə sağ çıxıb. Hənifə İŞİD tərəfindən oğurlanmaqdan xilas olsa da, onun beş kiçik bacısı yük maşını ilə əsir götürülür. Oskar və Emmi mükafatlarına namizəd olan kinorejissor Hanna Polak ən təhlükəli və haqqında çox az məlumatın olduğu yerlərdən birinə eksklüziv giriş əldə edir. Rejissor Hənifənin ölümün astanasında olan atasına vəd etdiyi kimi, bacılarını tapıb evə gətirmək missiyasını yaxından izləyir.
📍 15 avqust, 18:00, Bakı, Landmark
__
Sevgilərlə, atan – 13 dəq., Diana Cam Van Nguyen – Çexiya
Diana Cam Van Nguyen 1993-cü ildə Çexiyada doğulub. Praqada yaşayan vyetnamlı illüstrator və kinorejissordur. Praqada FAMU-da animasiya filmləri ixtisasında təhsil alıb.
Love, Dad (2021), The Little One (2017) və Zrádci (2019) filmləri ilə tanınır.
▪ Sinopsis: Bu film müəllifin hekayəsidir. Onun 11 yaşı olanda atası vergidən yayınmada şübhəli bilinərək həbsxanaya düşüb və ona sevgi dolu məktublar yazmağa başlayıb. İndi 15 il sonra müəllif həmin məktubları yenidən kəfş edib. Bu hadisə filmin yaranmasına səbəb oldu – bu filmin yaradılması onların münasibətlərinin qiymətləndirilməsi və əks olunması prosesidir. Film onun atasına yazdığı məktublara cavabdır. Diananın atası filmin ilk izləyicisidir.
📍 15 avqust, 20:00, Bakı, Landmark
📍 19 avqust, 18:15, Lənkəran, TOR, O biri otaq
__
Bütün vəhşilər insandır – 17 dəq., Helen Spooner, Hugh Davies – Azərbaycan, Birləşmiş Krallıq
Helen həssas mövzularda və həssas iştirakçılarla iş təcrübəsi olan, mükafat qazanan prodüserdir. O, terrorizm, korrupsiya, pedofiliya və cinsi köləlik kimi geniş mövzularda böyük beynəlxalq yayımçılar üçün çalışıb. O, bu yaxınlarda BBC tərəfindən BBC Yeni Direktorlar Sxeminə seçilib və burada o, yaxın gələcəkdə BBC üçün ilk uzun sənədli filmini çəkə bilmək imkanı əldə edib. 2018-ci ildə BBC üçün çəkdiyi film (İŞİD ilə üz-üzə) həmin il “One World Media” mükafatına layiq görülüb.
▪ Sinopsis: 2017-ci ilin sentyabrında Azərbaycanda polis LGBTİQ+-a qarşı amansız hücumlar həyata keçirib. Onlarla insan həbs olundu və həbsxanada işgəncələrə və təcavüzə məruz qaldı. Bir çoxları kimi Roma, Katrin və Liza da bu polis basqınlarının qurbanı olub qəddar rəftarla üzləşdi. Azərbaycandan qaçaraq İstanbula sığındılar. Onların hekayələri və bu sənədli film keçmişi ilə yanaşı, gələcəklə bağlı qorxularını da ortaya qoyur.
📍 15 avqust, 20:00, Bakı, Salaam Cinema
__
▪ Film nümayişlərinə qatılmaq ödənişsizdir.
▪ Filmlər orijinal dildə, Azərbaycan və ingilis dilində altyazılarla nümayiş olunacaq.
▪ İştirak üçün COVID-19-a qarşı vaksinasiya və ya immunitet sertifikatı vacibdir.
____________________________
#SevilSiziSevir #Sevil2022 #SevilFest
____________________________
🇬🇧 Only a few days remain until our festival. Let’s get to know the synopsis of award-winning documentaries from the most famous and prestigious festivals in recent years that have been included in our “Best of Fests” section of the program of Sevil Fest!
__
The Fourth Wall – 10’, Mahboobeh Kalaee – Iran
▪ Synopsis: Home and family, relationships, desires, wishes and everything are summarized in a kitchen. The stuttering boy is alone there, playing with his imagination.
📍 August 14, 17:30, Shaki, Old Town Hotel & Restaurant
📍 August 15, 20:00, Baku, Landmark
📍 August 19, 18:15, Lankaran, TOR, O biri otaq
__
Radiograph of the Family – 81’, Firouzeh Khosrovani – Iran, Norway, Switzerland
▪ Synopsis: I am the product of Iran’s struggle between secularism and Islamic ideology. My parents’ love story takes us from the Shah era to the Islamic Revolution and the hardships during the Iran-Iraq War, up to the present day – all in our home in Tehran. In my childhood, I was constantly forced to choose between my parents; each day, I endured imposition from one side and acceptance from the other.
📍 August 14, 20:00, Baku, Salaam Cinema
__
Dying to Divorce – 80’, Chloe Fairweather – United Kingdom, Norway, Turkey, Germany
▪ Synopsis: More than one in three Turkish women have experienced domestic violence and the number of femicides is rising. But some Turkish women are fighting back. Ipek Bozkurt, a courageous lawyer, is determined to challenge this misogynistic violence by putting abusive men behind bars.
📍 August 14, 16:00, Baku, Landmark
📍 August 20, 18:00, Shaki, Old Town Hotel & Restaurant
__
Honeyland – 85’, Tamara Kotevska, Ljubomir Stefanov – North Macedonia
▪ Synopsis: The last female beehunter in Europe must save the bees and return the natural balance in Honeyland, when a family of nomadic beekeepers invade her land and threaten her livelihood. This film which is filmed in Macedonia is an exploration of an observational Indigenous visual narrative that deeply impacts our behavior towards natural resources and the human condition.
📍 August 13, 18:30, Shaki, Old Town Hotel & Restaurant
📍 August 16, 19:30, Baku, Landmark
📍 August 18, 17:30, Lankaran, Dram Theatre
__
Les Enfants Terribles – 93’, Ahmet Necdet Cupur – Turkey, France, Germany
▪ Synopsis: In a village in the southeast of Turkey, Mahmut wants to divorce his newly-wed wife. At the same time, his sister Zeynep enrolls in an open high school and takes on a job in a factory. Against her father’s wishes, she wants to leave the village and ultimately go to university. The siblings’ demands become the center of conflict in their conservative family and community, who are not used to what Mahmut and Zeynep strive for. Intimately captured by their elder brother Ahmet Necdet Çupur, who left the village twenty years ago to pursue his studies, LES ENFANTS TERRIBLES is a story of clashes between generations, between the past and the present.
📍 August 13, 18:30, Lankaran, Dram Theatre
📍 August 17, 19:00, Baku, Landmark
__
As I Want – 88’, Samaher Alqadi – Egypt, Norway, France, Palestine, Germany
▪ Synopsis: Cairo, January 25, 2013: An explosion of sexual assaults takes place in Tahrir Square on the second anniversary of the revolution. In response, a massive outpouring of enraged women fill the streets. Director Samaher Alqadi picks up her camera as a form of protection and begins documenting the growing women’s rebellion, not knowing where the story will lead her. When Samaher becomes pregnant during filming, she starts to re-examine the constructs of her own childhood in Palestine and what it means to be a woman and a mother in the Middle East. She begins an imaginary conversation with her mother, who died before Samaher could see her one last time. She begins to form the words left unsaid and shares her deepest secrets in an intimate inner voice that guides us through the story. She goes on a traumatic visit back to her parent’s house in Ramallah, where she is confronted with the dark memories of a childhood she managed to escape. Meanwhile, the struggle in Egypt continues and, even after the birth of her son, Samaher still finds herself on the frontline.
📍 August 14, 17:30, Lankaran, TOR, O biri otaq
📍 August 16, 17:00, Baku, Landmark
__
Angels of Sinjar – 113’, Hanna Polak – Poland, Germany
▪ Synopsis: Sinjar, Northern Iraq, 2014: Hanifa, a young Yezidi woman, miraculously survives the ISIS attack on the Yezidi religious and ethnic minority in the Sinjar region of northern Iraq. Hanifa escapes abduction by ISIS but her five younger sisters are all trucked off and enslaved. Based on exclusive access to one of the most dangerous and underreported places on earth, Oscar- and Emmy-nominated filmmaker Hanna Polak tracks Hanifa’s mission to find her sisters and bring them home – as she had promised her dying father she would.
📍 August 15, 18:00, Baku, Landmark
__
Love, Dad – 13’, Diana Cam Van Nguyen – Czech Republic
▪ Synopsis: It is the author´s story. When she was 11 her dad was in prison suspected of tax fraud and wrote her letters full of love. Now 15 years later she rediscovered those letters and that was the trigger for this film – making this film was a process of evaluation & reflection of their relationship and decision to make it better again. The film is her letter-reply to her dad. Diana´s dad is the first viewer of the film.
📍 August 15, 20:00, Bakı, Landmark
📍 August 19, 18:15, Lankaran, TOR, O biri otaq
__
All Monsters are Human – 17’, Helen Spooner, Hugh Davies – Azerbaijan, United Kingdom
▪ Synopsis: In September 2017 the police carried out brutal attacks against the LGBTİQ+ in Azerbaijan. Dozens of people were arrested and subsequently tortured and raped in prison. Like many others, Roma, Katrin and Lisa fell victim to these police raids and suffered cruel treatment. They escaped from Azerbaijan and found refuge in Istanbul. Through their narratives and the use of original animation, this documentary reveals their past as well as their fears about the future.
📍 August 15, 20:00, Baku, Salaam Cinema
__
▪ Participation in film screenings is free of charge.
▪ Film screenings are free of charge, and films will be shown in their original language with Azerbaijani and English subtitles.
▪ Participation requires a COVID-19 vaccination or immunity certificate.