Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində Vakansiyalar!

0
533

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq lazımdır.

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLScDMu4wn22kq0nf8EDTaZPfE26TkxWEv76ACvHaF1VskG0qUg/viewform?usp=pp_url

Vakansiya seçimi üçün son müraciət tarixi 19 avqust saat 18:00 müəyyən olunub.