Bakıda IV Milli Kitab Sərgisi keçiriləcək

0
392

IV Milli Kitab Sərgisi sentyabrın 27-də başlayıb oktyabrın 1-də bitəcək.

Minlərlə kitabsevər ziyarətçi olacaq;

Məktəblər, universitetlər; bütün təhsil ocaqları, dövlət təşkilatları və s.

Milli Kitab Sərgisinin əsas iştirakçıları müstəqil nəşriyyatlar, kitabçılar, əl işləri sənətkarları, fiziki məhdudiyyətli insanlardır.

Sərgini ziyarət edənlər kitabla yanaşı, məktəbə aid olan ləvazimatları, əl sənət nümunələrini də ucuz qiymətə əldə edəcəklər.

Yazıçılarla imza saatları, poeziya axşamları, kitab və sənət ətrafına müzakirələr sərgiyə xüsusi rəng qatacaq.

Milli Kitab Sərgisinin əsas məqsədi ölkəmizdə kitaba diqqət cəlb etmək, müstəqil nəşriyyat və kitabçılara, milli kitaba dəstək verməkdir.

Giriş sərbəst olacaq!