Sumqayıt şəhərində və Sabunçu rayonunda əmək yarmarkası keçiriləcək

0
420

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının dəstəyi ilə Sabunçu rayon Gənclər Evində və “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin təşəbbüsü və Abşeron-Xızı Regional Məşğulluq filalının dəstəyi ilə Sumqayıt şəhəri əmək yarmarkası keçiriləcək.

🔷 Tədbirdə Sumqayıt, Abşeron və Xızı üzrə 23 müəssisə tərəfindən 170-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

🔷 “OBA Market” MMC-də qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər isə göstərilən tarixdə müvafiq ünvana yaxınlaşa bilərlər.

▶️ Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

➡️ Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

➡️ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.

📢 Yarmarka keçiriləcək ünvan və tarix:

📍 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 91A

🗓️ 30 sentyabr, 2022

⏰ 10:00 – 13:00

📍 Sumqayıt şəhəri, 9 mkr

🗓️ 30 sentyabr, 2022

⏰ 10:00

#DMA #Yarmarka #İşVar #Vətəndaşyönümlü #MəşğulluğunArtırılması #ƏməkYarmarkası