NASA-nın Astronavtı ilə görüş keçiriləcək, qatıl və suallarını ver!

0
64
NASA-nın 12-ci Administratoru, astronavt, dörd kosmik gəmi missiyasında iştirak etmiş Çarlz F. Bolden ilə Ümumdünya Kosmos Həftəsi çərçivəsində görüş keçiriləcəkdir.
Onlayn formatda təşkil olunacaq görüşə 4 oktyabr tarixində, Bakı vaxtı ilə 17:30-da qatılıb məşhur astronavta kosmos haqqında sizi maraqlandıran bütün sualları verə bilərsiniz.
Qeyd: Görüş ingilis dilində keçiriləcəkdir.
Çarlz F. Bolden haqqında:
Çarlz F. Bolden NASA-nın keçmiş rəhbəri, Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun təqaüdə çıxmış general-mayoru və dörd kosmik gəmi missiyasında iştirak etmiş keçmiş astronavtdır.
2009-cu ildə ABŞ Prezidenti Barak Obama Çarlz Boldeni NASA-nın 12-ci rəhbəri təyin etmişdir. Bununla Çarlz Bolden tarixə bu vəzifəni tutan ikinci astronavt kimi düşdü.
2009-2017-ci illərdə NASA-ya rəhbərlik edərkən Bolden bütün diqqətini Beynəlxalq Kosmik Stansiyaya (ISS) və aeronavtika texnologiyasının inkişafına yönəltdi.
NASA-nın astronavtı kimi karyerası zamanı, Bolden 680 saatdan çox kosmosda uçaraq 4 kosmik gəmi missiyasında iştirak etmişdir. O, 1986-cı ildə Kolumbiya Kosmik Gəmisi (STS-61C) və 1990-cı ildə Kosmik Gəmi Kəşfi (STS-31) – Hubble Kosmik Teleskopunu yerləşdirən missiyanı idarə etmişdir. O, həmçinin 1992-ci ildə Atlantis Kosmik Gəmisi (STS-45) və 1994-cü ildə Kosmik Gəmi Kəşfi (STS-60) missiyalarının komandiri vəzifələrində çalışmışdır. Bolden eyni zamanda 1986-cı ildə “Challenger” kosmik gəmi qəzasından sonra Conson Kosmik Mərkəzində NASA-nın Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.Onlayn görüş linki

(012) 310 00 55