Sumqayıtda “Media və informasiya savadlılığı” mövzusunda ödənişsiz təlim keçiriləcək

0
67

5 oktyabr tarixində Sumqayıt şəhərində “Media və informasiya savadlılığı” mövzusunda ödənişsiz təlim keçiriləcək. Təlim 10-15 nəfərin iştirakı ilə interaktiv formatda baş tutacaq.

Təlimdə iştirak etmək istəyən şəxslər votsap nömrələrimizə adı, soyadı, yaşı, təhsili, peşəsi barədə məlumatları göndərərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçərkən nəzərə alın ki, təlimin sonuna qədər iştirak etməlisiniz. Təlim ərzində çay/kofe fasiləsi olacaq və yekunda iştirakçılar sertifikatla təmin ediləcək.

Təlimdə keçiriləcək mövzular:
– Media və informasiya savadlılığı nədir
– İnformasiya mənbələri
– Medianın maliyyə mənbələri
– Saxta xəbərin əlamətləri
– Saxta xəbərin növləri
– Saxta xəbərin zərərləri və məqsədi
– Xüsusi onlayn alətlər və s.

Təlimçi: Toğrul Bayramlı

Tarix: 5 oktyabr – çərşənbə – 14:00-18:00
Ünvan: Sumqayıt ş. 9 mkr

Qeydiyyat üçün əlaqə:
+994 51 8432599 whatsapp+zəng
+994 77 4641868 whatsapp+zəng