“Turizmdə sahibkarlıq fəaliyyətinin əsasları və turizm işinin təşkili” mövzusunda maarifləndirici təlim keçiriləcək

0
228
Oktyabrın 6-da Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Turizmdə sahibkarlıq fəaliyyətinin əsasları və turizm işinin təşkili” mövzusunda maarifləndirici təlim keçiriləcək.
Təlimdə Bakı KOBİM-in eksperti Əziz Şiriyev aşağıdakı mövzulardan danışacaq:
– Turizmdə sahibkarlıq fəaliyyəti və istiqamətləri;
– Müştəri xidmətləri;
– Bələdçi və tur rəhbərin fərqi;
– Korporativ və fərdi satış;
– Satış növləri, brendləşmə və marketinq;
– Məhsul və onun təqdimatı;
– Müştəri etirazları və həlli.
Saat 12:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.