Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi

0
115

«Medinex 2022» – Azərbaycanda tibb və səhiyyə sahələrini əhatə edən yeganə və ən mühüm kompleks tədbir, həmçinin istehsalçılar, distributorlar və sahə mütəxəssisləri görüş yeridir.

 

Sərgi iştirakçıları məhsul və xidmətlərini təqdim etmək, potensial alıcı və tərəfdaşlar ilə işgüzar əlaqələr qurmaq və industriyanın ən müasir trendləri ilə tanış olmaq üçün unikal imkan əldə etmişlər.

 

İnnovasiyalara fokuslanmış format, dövlət səviyyəsində dəstək və geniş beynəlxalq tərkib sərginin uğurlu olmasının əsas səbəbi olmaqla yanaşı növbəti illər üçün gözəl perspektivlər vəd edir.

 

«Medinex 2019» – un statistikası:

 

Şirkət : 70

 

Ölkə : 12

 

İştirakçı-ölkələr:

 

Azərbaycan, Belarus, Almaniya, Qazaxıstan, İran, İtaliya, Monqolustan, Pakistan, Rusiya, Ukrayna, Xorvatiya, Yaponiya

 

Sərginin bölümləri:

 

IT-Med – tibbdə informasiya texnologiyaları

Pharm-Med – dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr

Lab-Med – laboratoriya texnologiyaları və avadanlıqlar

Tech-Med – tibbi texnika və avadanlıq

Stom-Med – stomatologiya

Optika və oftalmologiya

Tour-Med – tibbi turizm

Edu-Med – diyetologiya və tibbi təhsil

 

Tədbirlər proqramı

1-ci gün

3 noyabr, Cümə axşamı

10:00 – 11:00

Sərginin rəsmi açılış mərasimi

(Bakı Ekspo Mərkəzi, foye)

 

11:00 – 18:00

Sərginin iş saatları

 

12:00 – 14:00

“Autizmin diaqnostikası və terapiyası – texnologiyalar” mövzusunda sessiya

Çıxışçı: Yelisey Osin, həkim-psixiatr, Psixiatr və psixoloqların elmi əsaslı təcrübə naminə assosiasiyasının təsisçisi, Rusiya

*Azərbaycan dilinə sinxron tərcümə təmin olunacaq

(Bakı Ekspo Mərkəzi, foye, təqdimat zonası)

Qeydiyyat üçün link: https://medinex.az/az-eventregister/

 

14:00 -15:50

Panel müzakirəsi: Xəstəliklərin diaqnostika və müalicəsində innovativ yanaşma

Moderator: Emil İskəndərov

Çıxışçılar:

Prof. Qurbanxan Müslimov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Mövzu: “Laparoskopik Cərrahiyyədə Müasir Texnologiyaların Tətbiqi”

T.ü.f.d. Dosent Faiq Mirzəzadə, Akademik M.A.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Uşaq Ürək Cərrahiyyəsi şöbəsi

Mövzu: “Uşaqlarda açıq ürək əməliyyatlarından sonra inkişaf edən ürək çatmamazlığının müalicəsində peritoneal dializin rolu”

Prof., t.e.d. Kamran Musayev, T.ü.f.d.Üzeyir Rəhimov, T.ü.f.d. Ülvi Mirzoyev, Azərbaycan Kardiologiya Cəmiyyəti

Mövzu: “Ürək damar xəstəliklərinə çox tərəfli baxış”

Cəbrayıl Cəbrayılov, Azərbaycan Nefroloqlar cəmiyyətinin rəhbəri

Mövzu: “Periton dializi və onun tətbiqi”

(Bakı Ekspo Mərkəzi, foye, təqdimat zonası)

 

15:50 – 16:30

Panel mövzusu: Diaqnostikada yeni nəsil sistemlər və kliniki faydaları

Məruzəçilər:

Dos.Dr.Iskender Karaltı, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik klinikasının laboratoriya müdiri

Mövzu: “Mikrobiologiyada cari yanaşmalar və yeni sınaq modelləri”

Mahsa Mutlu, İmmunoassay Ürün müdiri, Biomerieux

Mövzu: “İmmunoassay Testlərdə Yeniliklər”

(Bakı Ekspo Mərkəzi, foye, təqdimat zonası)

 

 

16:30 – 17:00

Çıxışçılar:

Yunus Əfəndiyev, Azərbaycan Radiologiya Cəmiyyətinin sədri

Mövzu: “Azərbaycanda KT ve MRT müayinələrinin qısa tarixi”

Robinson Li, United Imaging şirkətinin Baş direktoru

Mövzu: “KT-də yeni texnologiyalar”

(Bakı Ekspo Mərkəzi, foye, təqdimat zonası)

 

QEYDİYYAT