“SülhəBaxış: Gender və Münaqişə” təliminə qəbul elan edilir!

0
151

Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində keçirilən “SülhəBaxış: Gender və Münaqişə” təliminə qəbul elan edilir!

 

Layihənin əsas məqsədi 18-26 yaş arası gənclərin gender və münaqişə transformasiyası haqqında agahlıqlarının artırılmasıdır.

 

Təlim zamanı gender nəzəriyyələri, münaqişə transformasiyasında gender rolları, gender inkluzivliyinin münaqişə transformasiyasında rolu, qadınların sülh quruculuğunda mənalı iştirakının nümunələri ilə bağlı sessiyalar baş tutacaq. Təlim sessiyaları zamanı

iştirakçılar tərəfindən qazanılan bilik və təcrübələr praktiki tapşırıqlarla möhkəmləndiriləcək.

 

4 gün davam edəcək təlimlər peşəkar təlimçilərin mentorluğu ilə

keçiriləcək. Təlim boyunca 4 günün hər birində, bütün sessiyalarda iştirak zəruridir. Təlimi uğurla başa vuran iştirakçılar sertifikatla təltif ediləcək.

 

Seçim müraciət forması və müsahibə əsasında aparılacaq. Seçilmiş iştirakçılara digər detallar haqqında məlumat veriləcək.

 

Müraciət üçün son tarix: 05 noyabr 2022

 

Keçirilmə tarixi: 12-13, 19-20 noyabr üzbəüz (offline)

 

Müraciət formu: https://docs.google.com/forms/d/1L-nQATsS8fgOQ7y2YSpsN0VfTH5GgbYqO72aZDx0V9Y/edit?usp=drivesdk