Cənuba 3 günlük İNFOTUR (Lerik, Lənkəran, Astara): “Regionlarda yaşıl kənd turizmin təbliği və təşviqi” layihəsi

0
2176

“Regionlarda yaşıl kənd turizmin təbliği və təşviqi” layihəsi çərçivəsində İNFOTUR proqramı:

Bu infotur proqramı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəfəq” Ekoturizm İctimai Birliyinin icra etdiyi “Regionlarda yaşıl kənd turizmin təbliği və təşviqi” layihəsi çərçivəsində təşkil edilir. Layihə çərçivəsində Azərbaycan Respublikasında yaşayan bu müraciət forması əsasında seçiləcək ictimai fəal gənclər, KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər

maraqlı tərəflərdən müəyyən ediləcək 18-35 yaş arası 18 nəfər şəxs üçün kənd turizmi imkanlarını dəyərləndirmək və regiondakı potensial imkanları təbliğ etməkdən ötrü Lerik, Lənkəran, Astara rayonlarına 3 günlük İNFOTURun təşkili planlaşdırılmışdır. İnfoturun 19, 20, 21 noyabr 2022-ci il (həftənin şənbə, bazar və bazar etəsi günü) tarixində təşkili nəzərdə tutulmuşdur. Proqrama seçiləcək şəxslər infoturun başlanmasından 1 gün əvvəl Lerik rayonunda iştirakçılar üçün ayrılan məkanda (kənd evi) yerləşdiriləcək. İnfotur proqramını tam olaraq başa vuran iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir.

Layihənin məqsədi regionlarda müvafiq olaraq kənd

yaşıl turizminin inkişafı istiqamətində kiçik və orta sahibkarlığı inkişaf

etdirmək, bu sahədə ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq,

onların məşğulluq problemlərinin həllinə kömək etmək və yerli turizm məhsul və

xidmətlərinin istehlakçılara çatdırılmasını təşviq etməkdir.

Müraciət prosedurası və iştirakçıların seçimi:

İnfotur iştirakçıları müraciət formasında əks olunan əsaslandırılmış və yüksək motivasiyalı qeydlərinə uyğun olaraq seçiləcək. Seçilmiş namizədlərə 15.11.2022 tarixində məlumat veriləcək, onların yerləşmə məkanı və digər lazımi texniki-təşkilati dəstək göstəriləcəkdir. Seçilmiş namizədin hər hansı səbəbdən iştirak etməyi mümkün olmadıqda infoturun başlamasından ən azı 2 gün əvvəl təcili olaraq təşkilatçılara məlumat verməlidir.

İştirakçıların xərcləri:

Proqram müddətində 3 gün ərzində iştirakçıların kənd evlərində yerləşməsi, gündə 3 dəfə yemək, çay-kofe xərcləri, proqramdaxili (yerləşmə məkanına gəliş və gediş daxil deyil) nəqliyyat xərcləri, dəftərxana ləvazimatları ilə təmin olunma layihə tərəfindən qarşılanır.

Müraciətin son tarixi:

Müraciət forması namizəd tərəfindən doldurulmalı “Təqdim edin və ya Submit” düyməsi basılaraq göndərilməlidir. Müraciət forması 12.11.2022-ci il, saat 18:00-dək göndərilməlidir.

Qeydiyyat linki