Ödənişsiz Onlayn Sosial Media Marketinq (SMM) mütəxəssisi kursu!

0
715

Ödənişsiz Onlayn Sosial Media Marketinq (SMM) mütəxəssisi kursuna müraciətlər qəbul edilir

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Bölgələrdə yaşayan qadınların rəqəmsal bacarıqlarının artırılması” layihəsi çərçivəsində GƏNC XANIMLAR üçün ÖDƏNİŞSİZ Sosial Media Marketinq (SMM) meneceri ONLAYN TƏLİM kursuna müraciətlər qəbul olunur. Təlimlər Azərbaycan bazarında SMM sahəsində xüsusi təcrübəyə malik şirkətin təcrübəli əməkdaşları tərəfindən keçiriləcək. Kursun müddəti 5 gün təşkil edir və hər gün 4 saat məşğələ keçiriləcək.

Təlimin sonunda sertifikatlar veriləcək. Layihə “Güzəran” Sosial Araşdırmalar İB tərəfindən icra olunur.

Təlimlər bitdikdən sonra təlim iştirakçılarının sənədləri, CV-ləri layihə Ekspertləri tərəfindən hazırlanaraq, təşkilatın müşaiyət məktubu ilə dövlət və özəl şirkətlərdə təcrübəyə yönləndiriləcək.

CV-lərinizi [email protected] e-mailinə göndərməyiniz xahiş olunur.