“Teknofestə hazırsınızmı?” adlı tədbirə qatılın!

0
189
Dünyanın ən böyük texnologiya festivalına qatılmaq istərdinizmi?  🚀
Elə isə “Teknofestə hazırsınızmı?” adlı tədbirimizə qatılın və sayılı günlər qalan #TEKNOFEST2023 ilə bağlı ətraflı məlumat əldə edin.💡
18 noyabr tarixində “INNOLAND”də baş tutacaq tədbirdə “Bilim Bakı”nın rəhbəri Yusuf Polat Teknofest tədbiri haqqında məlumat verəcək, festivala qatılmağın şərtləri və qatılmaq üçün nə etməli kimi sualları cavablandıracaq. 👨‍🏫
Əgər siz də 41 əsas yarışma, 102 alt kateqoriya üzrə yüz minlərlə gəncin arasına qatılmaq, layihə hazırlamaq, inkişaf etdirmək və həyata keçirmək istəyirsinizsə, 18 noyabr 11:00’da “INNOLAND”də olun. 📍
Hər birinizi tədbirdə gözləyirik. İştirak qeydiyyatsız və ödənişsizdir! 🦾
📅 Tarix: 18 noyabr 2022
⏰ Saat: 11:00
📌 Ünvan: “INNOLAND” (Bakı şəhəri, Zaur Nudirəliyev küçəsi, 79)