“Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” layihəsi

0
108

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, ELSA Azerbaijan təşkilatçılığı ilə “Şuşa ili”nə həsr edilmiş “Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” layihəsinə start verilir!

3-5 dekabr tarixlərində keçiriləcək layihə çərçivəsində iştirakçılar #Şuşa şəhərinin mövcud iqtisadi potensialının inkişaf etdirilməsinin, mədəni irsinin qorunmasının hüquqi aspektləri, eləcə də mövcud bölgədən olan məcburi köçkünlərin qayıdışından sonra başqa millətlərlə birgəyaşayışın hüquqi problemləri, bölgədə baş vermiş beynəlxalq humanitar hüquq pozuntuları və tarixi-mədəni irsin dağıdılmasının hüquqi nəticələri mövzularında müxtəlif təlimlərdə iştirak edəcək, daha sonra isə qruplar şəklində praktiki məşğələlərə cəlb olunacaqlar.

Layihənin ilk 2 günü Bakı şəhərində, son günü isə Şuşa şəhərində baş tutacaq.

🎁Layihənin sonuna qədər iştirak etmiş şəxslərə hədiyyə və sertifikatlar veriləcək.
⏰Son qeydiyyat tarixi: 30.11.2022 23:59
🔗Qeydiyyat linki: https://forms.gle/RxctvwwgWuLjUH2t8