“Şuşa şəhərində ilk sosial sahibkarlıq düşərgəsinin keçirilməsi” layihəsi

0
121

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclər Azad Sahibkarlıq Fəaliyyətində/ GASF İB İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “Şuşa şəhərində ilk sosial sahibkarlıq düşərgəsinin keçirilməsi” layihəsinin qeydiyyatı davam edir.

Məqsəd: Gənclərin Şuşa şəhərində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və gənclərin məşğulluğunun təmin edilməsidir.

Layihədə Bakıdan (20 nəfər) və Bərdədən (10 nəfər) olan 18 – 29 yaş arasında gənclər iştirak edəcək.

Düşərgə 7-11 dekabr tarixlərində Bərdə şəhərində keçiriləcək. Layihə çərçivəsində isə Şuşaya səfər gözlənilir.

Qeydiyyat üçün son tarix: 25 noyabr 2022-ci il, saat 23:59.

Düşərgə tarixlərində intensiv ödənişsiz təlimlər keçiriləcək və iştirakçılar üçün qonaqlama, qidalanma və nəqliyyat layihə çərçivəsində təşkil olunacaq.

Seçilən iştirakçılara proqram və digər loqistika ilə bağlı məlumatlar göndəriləcək.

Qeydiyyat linki: https://forms.gle/jQBYioEX5rjuUyMn7

#AzGF #Şuşaili #GənclərFondu #youthfundaz