“Azərbaycan Könüllülük Həftəsi 2022”

0
142

Dekabrın 1-dən 9-dək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutacaq “Azərbaycan Könüllülük Həftəsi 2022” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bir sıra şəhər və rayonlarını əhatə edəcək.

Minlərlə könüllünün cəlb olunacağı həftə ərzində “ZəfərimİZ” və “TəbiətimİZ” aksiyaları, “Könüllülük Sərhəd Tanımır” sosial layihəsi, “BiliyimİZ” intellektual yarışı, “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”, “Azərbaycan Könüllülərinin Həmrəylik düşərgəsi” , son olaraq həftə ərzində baş tutan tədbirlərin hesabatının təqdim olunması və tərəfdaş təşkilatların mükafatlandırılması məqsədilə ”Mətbuat Konfransı” həyata keçiriləcək.

Layihə çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə daha ətraflı veb sayt (https://heftemiz.konullu.az/) və ya Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə məlumat əldə edə bilərsiniz.

 

Tədbirlərin Qrafiki:

“Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində təşkil olunan aksiya, kampaniya və digər silsilə tədbirlədə iştirak etmək üçün üzv olduğunuz könüllü təşkilatına müraciət edin

Tarix, fəaliyyətin adı, haqqında, keçirildiyi şəhər və rayonlar:

1 Dekabr

“Azərbaycan Könüllülük Həftəsi 2022” layihəsi çərçivəsində 2500 könüllünün iştirakı ilə “ZəfərimİZ” aksiyası keçiriləcəkdir. Aksiya çərçivəsidə:

– Könüllülərin iştirakı ilə I Fəxri Xiyaban və Şəhidlər Xiyabanlarının ziyarət olunması

– Azərbaycan könüllüləri adından ziyarətlər zamanı əkililərin qoyulması,

– Hərbi Qənimətlər Parkına könüllülərin yürüşünün keçirilməsi

Bakı şəhəri

===

 

2 dekabr

5000 könüllünün iştirakı ilə 4 şəhər və rayonda “TəbiətimİZ” devizi altında ekoloji aksiyaların keçiriləcəkdir. Aksiya çərçivəsində planlaşdırılan fəaliyyətlər:

– Bakı və Yevlax şəhərlərində çirklənmiş ərazilərdə təmizlik aksiyalarının keçirilməsi;

– Göygöl, Yevlax və Tovuzda isə ağacəkmə aksiyalarının təşkil olunması.

Bakı, Tovuz, Yevlax, Göygöl

======

 

3 Dekabr

Həftə çərçivəsində 3 dekabr tarixində “Könüllülük Sərhəd Tanımır!” sosial könüllük aksiyası keçiriləcəkdir. Aksiya zamanı Bakı şəhərində yerləşən üç uşaq evindən xüsusi qayğıya ehtiyac olan uşaqlar “Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”nə gətiriləcəkdir. Məkrəzdə könüllülər tərəfindən onlar üçün “face art”, musiqili və maskotların iştirakı ilə baş tutacaq əyləncəli proqram təşkil olunacaqdır.

Bakı şəhəri, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəz

======

 

4 dekabr

Könüllülǝrin iştirakı ilǝ Həftə çərçivəsində təşkil edilən digər tədbir isə “BiliyimİZ” intelektual yarışıdır. “Nǝ? Harda? Nǝ zaman?” formatlı intellektual yarışda 18 komandanın iştirakı nǝzǝrdǝ tutulmuşdur.

Bakı Gənclər Mərkəzi

=====

 

5 dekabr

Həftənin əsas tədbiri 5 dekabr tarixində 3000 könüllünün iştirakı ilə təşkil olunacaq “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”dur. Forumun gündəliyinə daxildir:

– Könüllü təşkilatlarının sərgisi,

– Forumun Açılış Mərasimi və Plenar Sessiya,

– Azǝrbaycan Könüllülǝri adından cǝnab Prezidentǝ ünvanlanan mǝktubun mǝruzǝsi,

– «İlin könüllülərinin» mükafalandırılması,

– Fəal könüllülərin çıxışları,

– “Qayıdış Könüllüləri” proqramının video- təqdimatı,

– Şuşa və Ağdam könüllülərinin simvolik yola salınması

Bakı Konqres Mərkəzi, Təbriz küç

=====

 

6-9 Dekabr

6-9 dekabr tarixlərində 200 könüllünün iştirakı ilə təşkil olunacaq “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” keçiriləcəkdir. Düşərgənin proqramına daxildir:

– Müxtəli mövzularda ekspertlərin iştirakı ilə panel görüşlǝri,

– Karyera, Könüllük və digər əlaqəli mövzularda təlimlər,

– Düşərgənin keçirildiyi rayon üzrə maraqlı yerlərə ekskursiyalar

– Könüllülər üçün intelektual vǝ idman yarışları,

– Əylǝncǝ proqramı.

Mingəçevir şəhəri

====

 

#VətənəKönüllüyəm #AzərbaycanKönüllüsü #KönüllülükHəftəsi #IVD2022 #AzGF #GİN #AKTİ