Onlayn Tədbir: “Teaching Generation Z”

0
375

Enterprise DNA təhsil platformasında Head of Curriculum, Excel World-un təsisçisi, My Data Summit-in təşkilatçısı, MCT, MCE, MIE Expert, MCSA:BI Reporting kimi beynəlxalq sertifikatlara sahib, öz işinin peşəkarı olan İlqar Zərbəliyev-in təşkilatçılığı ilə təşkil olunan Azərbaycanın ən böyük Baku Power BI, Excel and Innovative educators MEETUP qrupunda baş tutacaq tədbirdə Azərbaycanı Bakı Mühəndislik Universitetinin SABAH qruplarında İnformasiya texnologiyalar ixtisası üzrə təhsil alan Zöhrə İsmayılova təmsil edəcək.

Microsoft şirkəti kimi məşhur şirkətlərin mütəxəssislərinin yer aldığı tədbirdə Zöhrə İsmayılova “Teaching Generation Z” mövzusu ilə çıxış edəcək.

Tədbirdə iştirak edərək dəstək olmaq üçün qeydiyyatdan keçməyə tələsin.

Qeydiyyat linki:
https://howtoconstruct.endlessfairs.com/landing/#register

Yenilikləri izləmək, xarici arenaya çıxmaq imkanlarından yararlanmaqla gələcək peşəkar karyeranızın inkişafında əvəzedilməz rol oynaya biləcək bu kimi tədbirlərdən xəbərdar olaraq siz də spiker kimi iştirak etmək istəyirsinizsə, o zaman daim yenilənən Azərbaycanın ən böyük MEETUP qrupuna (https://www.meetup.com/baku-power-bi-excel-innovative-educators-meetup-group/) və YouTube kanalına (https://youtube.com/@IlgarZarbaliyev) üzv olmağa tələsin.